Qazaxıstan icazəsiz dron uçuşlarının qadağan olunması barədə xəbərdarlıq edib
Icma.az, Azertag saytına istinadən bildirir.
Astana, 3 aprel, AZƏRTAC
Astana pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı sərt qaydaları xatırladıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Terrorla Mübarizə Mərkəzi icazəsiz dron əməliyyatlarının ictimai təhlükəsizliyə təhdid yarada biləcəyini və qanunsuz məqsədlər üçün istifadə oluna biləcəyini açıqlayıb. İzdihamlı ərazilər, infrastruktur obyektləri və inzibati binalar üzərindən dron uçuşları xüsusilə təhlükəli hesab olunur.
Mövcud qanunvericiliyə əsasən, pilotsuz uçuş aparatlarından yalnız səlahiyyətli dövlət qurumlarının müvafiq icazəsi və razılığı ilə istifadə etmək mümkündür.
Pilotsuz uçuş aparatlarının istifadəsinə nəzarət antiterror təhlükəsizlik sisteminin vacib hissəsinə çevrilib. Sakinlərə və təşkilatlara tövsiyə olunur ki, lazım olan sənədləri əvvəlcədən hazırlasınlar və dronlardan yalnız qanunvericilik çərçivəsində istifadə etsinlər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:272
Bu xəbər 03 Aprel 2026 03:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















