Qazaxıstan Ukraynaya xəbərdarlıq etdi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Ukraynanı Qara dənizdə ölkəsinin gəmilərinə hücumları dayandırmağa çağırıb.
Axar.az xəbər verir ki, Tleuberdi bu barədə BMT Baş Assambleyasının iclası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə deyib.
“Əlbəttə ki, ikitərəfli görüşlər çərçivəsində bir çox ölkələrin nazirləri ilə görüşdüm. Onların arasında Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Andrey Sibiqa da var idi. Davam edən münaqişə kontekstində onlarla münasibətlərimizi müzakirə etdik. İlk növbədə, Ukrayna tərəfi ilə Qara dənizdə gəmilərimizə gələcəkdə dron hücumlarının qarşısının alınmasının vacibliyini müzakirə etdik”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:Qazaxıstan Ukraynaya məxsus pilotsuz təyyarələrdən narahatdır...
19 Oktyabr 2025 18:58
Qazaxıstan ilk dəfə Ukraynaya irad bildirdi
19 İyul 2026 20:25
Qazaxıstan Ukraynaya balıq ixracını üçqat artırıb
17 Sentyabr 2026 18:13
Fitso Ukraynaya xəbərdarlıq etdi
24 Noyabr 2024 23:47
Baxış sayı:109
Bu xəbər 28 Sentyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















