Qazaxıstan İlham Əliyevin bu çıxışını yaydı Video
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün yerli mediaya müsahibəsində 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarənin Qroznı səmasında Rusiya HHM sistemlərinin hücumuna məruz qalması və ciddi zədələnməsi, daha sonra isə yaxın hava limanlarına enişinə izn verilmədiyindən Qazaxıstana istiqamətlənməsi və Aktauda qəzaya uğraması barədə ətraflı çıxış edib.
Axar.az xəbər verir ki, Prezident Əliyev müsahibəsində həmçinin Qazaxıstanın xilasedici və tibb işçilərinin ilk andan bəzi məqamlarda öz həyatlarını təhlükəyə ataraq yardıma qaçmasına, konsulluğumuzun önünə gül dəstələri düzməsinə və qəzaya görə dərdimizi bölüşdüklərinə görə xüsusi təşəkkür edir. Prezident Əliyev Tokayevə də minnətdarlıq üçün zəng etdiyini xatırladıb.
Qazaxıstan mediası Prezident Əliyevin çıxışının bu hissəsini orijinaldan, amma subtitrlə təqdim edib.
Baxış sayı:126
Bu xəbər 30 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















