Qazaxıstan investorlar üçün yeni “qızıl” vizalar tətbiq etməyə başlayır
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstan uzunmüddətli xarici investisiyaların cəlb edilməsinə yönəlmiş yeni viza proqramına başlayır.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, qurumun təşəbbüsü ilə “qızıl” adlanan investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib.
“Yeni qaydalara əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər”, - məlumatda deyilir.
Bu “qızıl” viza sonradan Qazaxıstanda 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verir.
Qeyd edək ki, yenilik Qazaxıstanın açıqlığa, kapitalın qorunmasına və davamlı beynəlxalq iqtisadi əlaqələrin inkişafına strateji diqqətini əks etdirir.
Sənəd dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 Aprel 2025 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















