Qazaxıstan Kurık və Ələt limanları arasında altı yeni bərə istismara verəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 23 dekabr, AZƏRTAC
Gələn ildən etibarən Kurık və Ələt limanları arasında altı bərənin istismara verilməsi planlaşdırılır.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Mangistau vilayətinin icra hakimi Nurdaulet Kılıbay məlumat verib.
Onun sözlərinə görə, layihə Qazaxıstanın bərə donanmasının formalaşdırılmasına, yük dövriyyəsinin artırılmasına və dəniz gəmiçiliyinin inkişafına töhfə verəcək.
“Hazırda iki bərə artıq Xəzər dənizi akvatoriyasına daxil olub. Onlar 2026-cı ilin birinci yarısında xəttə buraxılacaq. Sonrakı mərhələdə hər il iki bərə əlavə olunacaq və 2028-ci ilə qədər bütün altı gəmi tam şəkildə fəaliyyət göstərəcək”, – deyə vilayət rəhbəri bildirib.
Qeyd edilib ki, bu il Mangistau vilayəti ərazisindən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcmi 20 faiz artaraq 2,5 milyon tona çatıb. “Semurg Invest” şirkəti 2027-ci ilə qədər donanmasını altı gəmiyə qədər genişləndirməyi planlaşdırır. Cari ildə yükqaldırma qabiliyyəti 7 min ton olan bir gəmi xəttə çıxarılıb.
2026-cı ildə vilayətdə yeni dəniz limanının tikintisinə başlanılması nəzərdə tutulur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 23 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















