Qazaxıstan məktəblərdə aqrodərslər tətbiq edəcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC
Qazaxıstan məktəblərində aqrodərslər tətbiq olunacaq.
AZƏRTAC Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı nazirinin müavini Amanqali Berdalin Parlamentin Aqrar Məsələlər Komitəsinin iclasında bildirib.
Nazir müavini qeyd edib ki, aqrodərslər gəncləri kənd təsərrüfatına cəlb etməyə, praktiki təcrübə qazandırmağa və sektorda gələcək mütəxəssisləri yetişdirməyə kömək edəcək. Pilot dərslər Akmola, Şimali Qazaxıstan və Kostanay vilayətlərində başlayacaq.
Tələbələrin praktik bacarıqlarını artırmaq üçün universitetlərdə maddi-texniki bazaların gücləndirməsi və kənd yerlərində ən azı üç il işləmək şərti ilə qrant kvotalarının tətbiqi nəzərdə tutulub. Bu tədbirlər 2026-2030-cu illər üçün Hərtərəfli Heyvandarlığın İnkişaf Planına daxildir.
Baxış sayı:41
Bu xəbər 29 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















