Qazaxıstan yeni investor vizası tətbiq edəcək
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib.
Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Yeni şərtlərə əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər. Bu "qızıl viza" sonradan Qazaxıstan Respublikasında 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verir", - deyə məlumatda deyilir.
Nazirliyin fikrincə, "qızıl vizaların” verilməsi xarici investorlar üçün əlverişli və proqnozlaşdırıla bilən mühit yaradır, hüquqi təminat verir və Qazaxıstanın investisiya mühitinə inamı gücləndirir.
/APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Aprel 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















