Icma.az
close
up
RU
Qazaxıstan nefti Bakı Supsa kəməri ilə nəql olunacaq?

Qazaxıstan nefti Bakı Supsa kəməri ilə nəql olunacaq?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qazaxıstan Azərbaycanla müvafiq razılaşmanın əldə ediləcəyi təqdirdə öz neftinin ixracı üçün Bakı-Supsa boru kəmərindən istifadə edilməsinin mümkünlüyünü istisna etmir".

Oxu.Az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov "Report"un bu ölkədəki bürosuna bildirib.

"Biz Qazaxıstan neftinin ixracı üçün bütün marşrutları, o cümlədən Bakı-Supsa marşrutunu nəzərdən keçiririk. Mən onun kommersiya baxımından əlverişsiz olduğunu deməmişəm. Lakin coğrafi cəhətdən nəzərdən keçirsək, bizim neftimiz hazırda Atırau-Samara sistemi ilə nəql edilir və Rusiya Federasiyası vasitəsilə birbaşa Qara dənizə çatır. Yəni biz Qazaxıstanda onu təhvil veririk və Novorossiyskdə, Qara dəniz sahilində eyni həcmdə neft alırıq", - nazir izah edib.

Onun sözlərinə görə, Qazaxıstan neftinin Bakı-Supsa boru kəməri vasitəsilə ixracı və Aktau və Bakı limanlarında yükləmə-boşaltma əməliyyatları Rusiya marşrutu ilə tədarükdən daha baha başa gələcək.

"Bakı-Supsa limanına gəlincə, neft Aktau limanında tankerlərə yüklənəcək, Bakı limanında boşaldılacaq, sonra Bakı-Supsa sisteminə yüklənəcək və biz onu Qara dənizdə qəbul edəcəyik. Yəni bu, ikiqat yükləmə-boşaltma deməkdir. İqtisadi göstəricilərə görə, bu, bizim yükgöndərənlər üçün daha çox xərc tələb edən proses olacaq. Buna görə də hazırda bu məsələ araşdırılır", - nazir deyib.

Y.Akkenjenov qeyd edib ki, Qazaxıstan neftinin Bakı-Supsa boru kəməri ilə ixracı üçün bu neft kəmərinin modernləşdirilməsinə əlavə investisiyalar tələb olunmayacaq.

"Hazırda Bakı-Supsa texniki neft üçün istifadə olunur və Qazaxıstan Azərbaycan tərəfi ilə razılığa gələrsə, bu neft kəmərindən istifadə etmək mümkündür", - o deyib.

Xatırladaq ki, Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Boru kəmərinin uzunluğu 837 km, diametri 530 mm-dir. İllik ötürmə qabiliyyəti 7.5 milyon ton neft olan boru kəməri "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.

Hazırda Bakı-Supsa neft kəməri ilə yalnız ayrı-ayrı neft partiyaları nəql olunur. Belə ki, Azərbaycan Energetika Nazirliyinin illik hesabatına görə, 2024-cü ildə bu kəmərlə 90 min ton, 2023-cü ildə isə 150 min ton neft nəql edilib. "BP-Azerbaijan" şirkətindən bildirilib ki, Bakı-Supsa neft kəməri dondurulmayıb və istənilən vaxt neftin nəqlinə başlamağa tam hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Avqust 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri