Qazaxıstan nefti qanunsuz yolla Azərbaycana gətirilib Qaçaqmalçıların əmlakı müsadirə olundu
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qazaxıstan məhkəməsində qaçaqmalçılıqla Azərbaycana neft gətirən şəxslərin işinə baxılıb.
Bakupost.az Orda.kz saytına istinadən xəbər verir ki, Aktauda fəaliyyət göstərən cinayətkar qrup nefti qanunsuz yolla Azərbaycana gətirərək Qazaxıstan büdcəsinə təxminən 2 milyard tenge (təxminə 6,6 milyon manat) zərər vurub.
Məhkəmə bir neçə şirkətin direktorunu və əməkdaşlarını bu qanunsuz əməliyyatda iştirak etdiklərinə görə günahkar hesab edib. Məlumata görə, qrup üzvləri nefti sərhəddən keçirmək üçün dəfələrlə peç yanacağı adı altında saxtalaşdırıb. Bu kontrabanda təşkilatlanmış qrup tərəfindən dəfələrlə törədilib.
Müttəhimlərə həbs cəzaları kəsilib. Məhkəmə həmçinin dövlətə vurulan 1,4 milyard tenge (4,62 miyon manat) məbləğində zərərin ödənilməsi məqsədilə məhkumların əmlakını müsadirə edib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Qaçaqmalçılar Qazaxıstan neftini Azərbaycana göndərməyə çalışdı Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
19 Dekabr 2025 15:07
8 MİLYONLUQ əmlakı müsadirə olundu KONKRET
20 Dekabr 2025 16:21
General və polkovniklərin əmlakı müsadirə olundu SİYAHI
09 Dekabr 2024 18:37
7 türkiyəli tanınmışın əmlakı müsadirə olundu FOTO
31 Dekabr 2025 20:25
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu
20 Dekabr 2025 19:42
Baxış sayı:105
Bu xəbər 19 Dekabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















