Qazaxıstan Prezidenti referendumda səs verib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 15 mart, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya layihəsi ilə bağlı ümumxalq referendumunda səs verib.
AZƏRTAC Akordaya istinadla xəbər verir ki, dövlət başçısı Məktəblilər sarayında yerləşən 51 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.
Prezident Tokayev səsvermədən sonra yerli və beynəlxalq media nümayəndələri üçün brifinq keçirib. Jurnalistlərə müraciət edən dövlət başçısı referendumun ölkənin gələcək inkişafı üçün müstəsna əhəmiyyətini vurğulayıb.
“Yeni Konstitusiya ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təsdiqləyir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya öz rolunu oynayıb. Ölkəmiz 35 il bu sənədlə yaşayıb, amma zaman keçir. Yeni Əsas Qanunun qəbul edilməsinin vaxtı gəlib çatıb. Onun hazırlanmasında mənim də fəal iştirakım olub, Konstitusiyanın preambulasının mətnini və bir sıra digər müddəaları şəxsən təklif etmişəm. Əminəm ki, yeni Əsas Qanun ölkənin və onun gələcəyinin naminə xidmət edəcək”, -deyə Tokayev bildirib.
Səsverməyə çıxarılan sual budur: “Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?”
Referendum ölkə üzrə 10 mindən çox seçki məntəqəsində keçirilir və saat 20:00-a qədər davam edəcək.
Elşən Rüstəmov
AZƏRTAC müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Mart 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















