Icma.az
close
up
RU
Qazaxıstan, Qırğızıstan və Özbəkistan su və enerji balansı barədə razılığa gəlib

Qazaxıstan, Qırğızıstan və Özbəkistan su və enerji balansı barədə razılığa gəlib

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında regionda su-enerji balansını tənzimləyən bir sıra protokollar imzalanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, sözügedən anlaşma hər üç ölkənin energetika və su təsərrüfatı qurumlarının rəsmi şəxslərinin görüşündə əldə olunub.

Əsas sənəd Toxtoqol su anbarından su buraxılması qarşılığında Qazaxıstan və Özbəkistandan Qırğızıstana elektrik enerjisi tədarükü üzrə tərəflərin öhdəliklərini təsbit edir. Həmçinin Rusiya Federasiyasından Qırğızıstana elektrik enerjisinin Qazaxıstanın enerji sistemləri vasitəsilə tranziti üzrə şərtlər razılaşdırılıb. Bu tədbirlər su anbarında lazımi su səviyyəsinin qorunması və qarşıdakı vegetasiya dövründə Qazaxıstanın cənub bölgələrinin suvarma suyu ilə təmin edilməsi məqsədinə xidmət edir.

Energetika naziri Erlan Akkenjenovun rəhbərliyi ilə Çolpon-Ata şəhərinə səfər edən Qazaxıstan nümayəndə heyəti ikitərəfli danışıqlar da keçirib. Özbəkistan tərəfi ilə 2026-cı ilin mart-dekabr dövrü üçün Qazaxıstana 900 milyon kVt/saat həcmində elektrik enerjisi tədarükünü nəzərdə tutan protokol imzalanıb. Bu həcm elektrik stansiyalarında aparılacaq təmir işləri zamanı Qazaxıstanın cənub enerji zonasındakı mümkün çatışmazlıqları qarşılamaq üçün nəzərdə tutulub.

"Su-energetika sahəsində iş maksimal dəqiqlik və cədvəllərə ciddi riayət tələb edir. İmzalanmış protokollar konkret rəqəmlər, müddətlər və qiymətləri əhatə edən işçi sənədlərdir", – görüşün nəticələrini şərh edən nazir bildirib:

"Biz tədarükün texniki şərtlərini təsbit etdik və mövcud məsələləri tənzimlədik. Qazaxıstan öz öhdəliklərini yerinə yetirir və tərəfdaşlardan da eyni yanaşmanı gözləyir. Bu, regionun enerji sistemləri və su təminatında sabitliyin əsasını təşkil edir".

Əldə olunmuş razılaşmalar qarşıdan gələn payız-qış dövründə risklərin azaldılmasına, eləcə də növbəti vegetasiya mövsümünə qədər su ehtiyatının yığılması üçün proqnozlaşdırıla bilən şəraitin təmin edilməsinə imkan yaradır ki, bu da Qazaxıstanın cənubundakı aqrar sektor üçün əsas amillərdən biridir./Report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Sentyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri