Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi qazaxıstanlılara İstanbula səyahətdən çəkinməyi tövsiyə edib
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qazaxıstan Xarici İşlər Nazirinin birinci müavini Akan Raxmetullin Məclisdə keçirdiyi brifinqdə Qazaxıstan vətəndaşlarına Türkiyəyə səfər etməkdən çəkinməyi tövsiyə edib.
Raxmetullinin sözlərinə görə, Xarici İşlər Nazirliyi və Qazaxıstanın Türkiyənin böyük şəhərlərindəki Baş Konsulluqları vətəndaşların kütləvi toplaşma və etiraz aksiyalarının keçirildiyi yerlərdə olmamaları üçün onlarla fəal işləyir.
"Əlbəttə, ehtiyat tədbirlərinə ehtiyac var, amma mən deməzdim ki, indi səyahət etməlisən. Xarici İşlər Nazirliyindən deyil, şəxsən özüm üçün danışsam, gözləyəcəm" dedi.
Jurnalistlərin hazırda İstanbula səfər etməyin mümkünlüyü barədə sualına Raxmetullin “arzuolunmaz” cavabını verib.
Nazirlikdən verilən məlumata görə, Türkiyədəki Qazaxıstan vətəndaşları hələlik konsulluq yardımı üçün müraciət etməyiblər.
Martın 19-da İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra kütləvi etirazlar başlayıb. Beş gün davam edən etiraz aksiyalarında 1133 nəfər saxlanılıb, 123 polis əməkdaşı yaralanıb. Qazaxıstanın İstanbuldakı Baş Konsulluğu Türkiyədəki vəziyyətlə əlaqədar soydaşlarına müraciət edərək, insanların sıx toplaşdığı yerlərə getməməyi, nümayiş və mitinqlərdə iştirak etməməyi xahiş edib.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















