Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi ABŞ ın yunanlara silah satma qərarını pisləyib
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, Nazirlik ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına silah satma qərarı ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı verdiyi açıqlamada qeyd olunan fikirlərin paylaşıldığı və bunlar qeyd edildiyi bildirilib: “ABŞ-ın dünən dərc etdiyi və Cənubi Kipr Rum Administrasiyasını silah satışı və hərbi təlim üçün uyğun ölkə olaraq təyin edən qərarı pisləyirik. Adada silahlanma fəaliyyətlərini artıracaq bu qərarı böyük səhv kimi qiymətləndiririk”.
Bəyanatda regionun son dərəcə həssas bir dövrdən keçdiyi nəzərə alınaraq, bütün əlaqədar tərəflərin təxribat xarakterli addımlardan qaçması və sağlam düşüncə ilə hərəkət etməsinin vacibliyi vurğulanıb. “Biz gözləyirik ki, ABŞ-ın tezliklə vəzifəyə başlayacaq yeni administrasiyası hazırkı prezidentin atdığı bu yanlış addımı geri qaytarsın. Ana vətən və qarant dövlət olaraq Türkiyə ŞKTC-nin müdafiə və çəkindirmə imkanlarını artırmaq üçün atacağı addımları dəstəkləməyə davam edəcək”, - deyə qeyd edilib.
ABŞ prezidenti Co Bayden 1961-ci il Xarici Yardım Aktına uyğun olaraq Kipr Rum Administrasiyasına ABŞ-dan “müdafiə materialları və xidmətləri” almağa icazə verən fərman verib.
“Müdafiə materialları və xidmətlərinin (Cənubi Kipr Rum Administrasiyasına) təmin edilməsi ABŞ-ın təhlükəsizliyini gücləndirəcək və dünya sülhünü dəstəkləyəcək”, - deyə Ağ Evin mövzu ilə bağlı açıqlamasında bildirilir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 17 Yanvar 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















