Qazaxıstan Trans Xəzər marşrutu ilə yükdaşımalarının həcmini artırır
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 9 noyabr, AZƏRTAC
Qazaxıstan 2030-cu ilə qədər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcmini ildə 10 milyon tona çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın nəqliyyat nazirinin müavini Damir Kojahmetov bu barədə Astanada diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların rəhbərləri üçün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, 2026-cı ilin ilk on ayında marşrut üzrə 522 konteyner qatarı göndərilib, ötən ilin eyni dövründə isə bu rəqəm 292 olub. İllik hədəf 600 qatardır.
Hazırda konteyner qatarı Çinin Sian şəhərindən Azərbaycana 9-11 günə, Gürcüstanın Poti şəhərinə isə 15-18 günə çatır.
2030-cu ilə qədər Qazaxıstan Xəzər limanlarının tutumunu təxminən 45 milyon tona çatdırmağı, o cümlədən konteyner tutumunu 740.000 TEU-ya qədər artırmağı planlaşdırır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 09 Noyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















