Icma.az
close
up
RU
Qazaxıstan tranzit potensialını genişləndirmək üçün Sloveniya limanı ilə tərəfdaşlıqda maraqlıdır

Qazaxıstan tranzit potensialını genişləndirmək üçün Sloveniya limanı ilə tərəfdaşlıqda maraqlıdır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan nəqliyyat əlaqələrini gücləndirmək və ticarəti genişləndirmək üçün Sloveniyanın ən böyük limanı olan Koperlə tərəfdaşlığı dərinləşdirmək niyyətindədir.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada ikigünlük rəsmi səfərdə olan Sloveniya Prezidenti Nataşa Pirts-Musarın iştirakı ilə keçirilən biznes forumda çıxışı zamanı bildirib.

K.Tokayev vurğulayıb ki, Qazaxıstan strateji mövqeyi sayəsində Avrasiyanın aparıcı ticarət və logistika mərkəzi olmağa çalışır.

Onun sözlərinə görə, Qazaxıstan Orta Dəhliz və Şimal-Cənub kimi böyük beynəlxalq tranzit arteriyalarını fəal şəkildə inkişaf etdirir.

"Aktau və Kurık limanlarımız Xəzər dənizi vasitəsilə tranzitdə mühüm rol oynayır. Ötən il bu limanlar vasitəsilə daşınan yüklərin həcmi rekord göstəriciyə - 4,5 milyon tona çatıb. Nəqliyyat əlaqələrini gücləndirmək və ticarəti genişləndirmək üçün biz Koper limanı ilə təcrübə mübadiləsi aparmaq və tərəfdaşlığı dərinləşdirmək niyyətindəyik", - ölkə başçısı qeyd edib.

K.Tokayev sənaye və enerji əməkdaşlığını Sloveniya ilə ikitərəfli münasibətlərin perspektivli istiqaməti adlandırıb. Onun sözlərinə görə, Qazaxıstan neftinin təxminən 70 %-i Avropa İttifaqı ölkələrinə ixrac olunur.

"Bu gün Qazaxıstan Avropa İttifaqı iqtisadiyyatı üçün son dərəcə böyük əhəmiyyət kəsb edən 34 nadir torpaq elementindən 19-nu hasil edir və sektorun potensialını praqmatik formula - xammal müqabilində investisiya və texnologiyalardan istifadə etməklə üzə çıxarmaq üçün dünyanın aparıcı şirkətləri ilə fəal əməkdaşlıq edir. Getdikcə daha çox iri beynəlxalq şirkət, məsələn, “Total” (Fransa), “Eni” (İtaliya), “Masdar” (Birləşmiş Ərəb Əmirlikləri) və “Svevind Energy Group” (Almaniya-İsveç) Qazaxıstanda "yaşıl enerji” sahəsinə investisiya qoyur. Bundan başqa, Sloveniyanın “Iskra” və “Gorenje” kimi aparıcı şirkətləri də artıq bizim bazarımızda uğurla fəaliyyət göstərir", - o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri