Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Qazaxıstan və Azərbaycan Xəzər dənizində sərnişin daşımalarını bərpa edir

Qazaxıstan və Azərbaycan Xəzər dənizində sərnişin daşımalarını bərpa edir

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Alim Bayel Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt limanı) baş direktoru Eldar Salahov ilə görüş keçirib. 

Bu barədə 525.az-a Qazaxıstan səfirliyindən məlumat verilib.

Ələt limanı Azərbaycanın Xəzər dənizində, Bakıdan 70 km cənubda yerləşən əsas müasir dəniz-logistika qovşağıdır. Liman Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini birləşdirən Orta Dəhlizin əsas həlqələrindənbiridir. 

Görüş zamanı tərəflər Qazaxıstan-Azərbaycan nəqliyyat-logistika sahəsində əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Ələt limanı ilə Qazaxıstanın Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, daşınan yüklərin, o cümlədən konteyner daşımalarının həcminin artırılması, eləcə də birgə infrastruktur layihələrinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. 

Səfir A.Bayel Azərbaycan tərəfinə Qazaxıstanın Kurık limanı – Ələt limanı – Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsi təşəbbüsünə göstərdiyi dəstəyə görə təşəkkür edib. Bərə xəttinin dayandırılmasına qədər Xəzər dənizi vasitəsilə həyata keçirilən sərnişin daşımalarından ildə təxminən 1500 sərnişin istifadə edirdi. Qazaxıstanlı diplomat qarşıdakı dövrdə bu marşrutla səyahət etmək istəyənlərin sayının daha çox olacağına əminliyini ifadə edib. Bərə xəttinin yenidən işə salınmasının iki ölkə arasında sərnişin əlaqələrinin inkişafına təkan verəcək, turizm mübadiləsini gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək. 

Öz növbəsində, E.Salahov Bakı limanının Qazaxıstan tərəfdaşları ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib və iki ölkənin liman operatorları, logistika təşkilatları və digər strukturlarının səylərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Sərnişin daşımalarının bərpasına gəlincə, o, bu istiqamətdə işlərin artıq qazaxıstanlı həmkarlarla sıx təmas şəraitində başladığını bildirib. 

Səfir A.Bayel, həmçinin Azərbaycan tərəfini daha əvvəl tərəflər arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Ələt limanında birgə intermodal terminalın tikintisini sürətləndirməyə çağırıb. E.Salahov sözügedən terminalın tikintisi ilə bağlı cari vəziyyət barədə məlumat verərək bildirib ki, Bakı limanının inkişafının yenilənmiş baş planının hazırlanması başa çatdıqdan sonra qeyd olunan obyektin tikintisi üzrə işlərin başlanması gözlənilir. 

Görüşün yekununda tərəflər Qazaxıstan və Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin daha da möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsini dəstəkləməyə və sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see709

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see455

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see401

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see305

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see289

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see287

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see260

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see255

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see246

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see245

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see241

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see238

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see237

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see235

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see230

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see217

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see195

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see192

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see186

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri