Azərbaycan və Qazaxıstan Xəzər üzərindən sərnişin reyslərini bərpa edir
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Qazaxıstan Xəzər dənizi üzərindən sərnişin daşımalarını yenidən həyata keçirməyə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel məlumat verib.
Diplomatın sözlərinə görə, sərnişin daşımaları “Kurık limanı–Bakı limanı–Kurık limanı” bərə xətti üzrə bərpa olunacaq.
Bu marşrut üzrə sərnişin daşımaları COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə dayandırılmışdı. Pandemiyadan əvvəl sözügedən bərə xətti ilə ildə təxminən 1500 sərnişin Xəzər dənizini keçirdi.
Daşımaların bərpa ediləcəyi dəqiq tarix hələ açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:Xəzər üzərindən bilik körpüsü: Azərbaycan və Qazaxıstan
29 Aprel 2026 10:03
Qazaxıstan və Azərbaycan Xəzər dənizində sərnişin daşımalarını bərpa edir
15 Sentyabr 2026 12:34
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
09 Sentyabr 2026 09:05
Sultan Akimbekov: Azərbaycan və Qazaxıstan Xəzər dənizi üzərindən dəhlizlərin hərəkətverici qüvvəsinə çevrilə bilər
14 Mart 2026 16:58
Azərbaycan Türkmənistan: Xəzər üzərindən qardaşlıq körpüsü
08 Oktyabr 2026 17:23
Baxış sayı:118
Bu xəbər 09 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















