Qazaxıstan vətəndaşı Şarm əl Şeyx hava limanında reklam lövhəsinin uçması nəticəsində ölüb
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Misirin Şarm əl-Şeyx kurortunun hava limanında uçuş zonasında sərnişinlərin üzərinə reklam lövhəsi düşüb. Nəticədə bir qadın dünyasını dəyişib. RİA Novosti-yə respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, o, Qazaxıstan vətəndaşıdır. Onun iki həmyerlisi yüngül xəsarətlər alıb.
Cənab Smadiyarov aydınlaşdırdı ki, onlar artıq mərhumun yaxınları ilə əlaqə yaradıblar və konsul onlara bütün məsələlərdə köməklik göstərir. Xəsarət alan iki qadına tibbi yardım göstərilib. Onların həyatı təhlükədə deyil.
Diplomatın sözlərinə görə, hazırda reklam lövhəsinin düşdüyü yerdə əməliyyat-istintaq tədbirləri aparılır. Qazaxıstan səfirliyi vəziyyəti xüsusi nəzarətə götürüb. Misirin mülki aviasiya naziri qəza yerinə qrup göndərib
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 07 İyun 2025 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















