Qazaxıstan XİN in başçısı: Qəbələ Zirvə Görüşünün nəticələri TÜRKPA çərçivəsində birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Astana, 17 oktyabr, AZƏRTAC
Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən ilə görüşüb.
AZƏRTAC Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı tərəflər Assambleya çərçivəsində əməkdaşlıq məsələlərini və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının oktyabrın 7-də Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşünün nəticələrini müzakirə ediblər.
Koşerbayev qeyd edib ki, Qəbələ Zirvə Görüşünün nəticələri TÜRKPA çərçivəsində birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq. O, Qazaxıstanın türk əməkdaşlığının parlament seqmentinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyini də vurğulayıb.
Nazir bildirib ki, TÜRKPA türk dövlətlərinin inteqrasiyası sistemində xüsusi yer tutur, ölkələrimiz arasında parlamentlərarası dialoqun gücləndirilməsi və qanunvericilik təşəbbüslərinin əlaqələndirilməsində mühüm platforma rolunu oynayır.
R.Həsən Qazaxıstanın bu il sədrlik etdiyi TÜRKPA-da aparılan işlərin hazırkı vəziyyəti haqqında məlumat verib, Assambleyanın gələcək inkişafı ilə bağlı planlarını bölüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















