Icma.az
close
up
RU
Qazaxıstanda çempion olan məşqçi: “Uşaq futbolunda müsbət dəyişikliklər var”

Qazaxıstanda çempion olan məşqçi: “Uşaq futbolunda müsbət dəyişikliklər var”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanın Konayev şəhərində keçirilən “Qonaev City Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

“Sabah”ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli “Ceyran” komandasını böyük hesabla məğlub edib – 9:0. İlqar Mənsimovun baş məşqçisi olduğu komanda final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.

“Bayquşlar” daha öncə Qırğızıstan təmsilçisi “Momunov Futbol Akademiyası”nı 8:1, Qazaxıstanın “Ceyran” komandasını 10:0, “Kayrat Aksay” komandasını isə 9:0 hesabı ilə məğlub edib.

Komandanın baş məşqçisi İlqar Mənsimov turnirlə bağlı fikirlərini bölüşdü:

“Yaxşı turnir keçdi. Komandamız digər rəqiblərdən üstün idi və bunu nəticələrdə göstərə bildik. Amma istənilən halda, beynəlxalq oyun təcrübəsi qazanmaq, ölkə xaricində fərqli atmosferdə oynamaq uşaqlar üçün faydalı oldu”.

“Sabah” turnirdəki bütün matçlarını böyükhesablı qələbələrlə bitirib. Mütəxəssis futbolçularda nəticələrə baxmayaraq, arxayınlıq yaranmadığını bildirdi:

“Hesabdan asılı olmayaraq, istənilən qələbə uşaqlarda özünəinam hissini artırır. Yeganə narahatlıq yaradan məqam uşaqlarda arxayınlığın olması idi. Amma nəticələr göstərdi ki, oyunçularda arxayınlaşma olmadı və hər matçda inamlı oyun sərgilədilər”.

Mənsimov Azərbaycanda uşaq futbolunun durumuna da toxundu:

“Uşaq futbolunda müsbət dəyişikliklər var. İndi məşqçilər proseslərə daha savadlı yanaşır, çempionat matçlarında keyfiyyət artıb, oyunlar maraqlı keçir. Bunlar uşaqların inkişafına səbəb olur. Yeganə problemimiz isə meydançaların sayının az olmasıdır”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri