Qazaxıstanda nikaha məcbur etmə on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Astana, 19 avqust, AZƏRTAC
Qazaxıstanın Cinayət Məcəlləsinə məcburi nikaha görə cinayət məsuliyyətini nəzərdə tutan yeni maddə əlavə edilib.
AZƏRTAC Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, məcburi nikah ağır cinayətdir, çünki belə birlik çox vaxt təcridedilmə, zorakılıq və hətta qurban tərəfindən intihara cəhdlər ilə müşayiət olunur.
Qeyd olunur ki, son 5 ildə ölkədə 257 belə cinayət faktı qeydə alınıb, onların 95 faizinə xitam verilib.
Yeni normaya görə, hədə-qorxu, şantaj, zorakılıq və ya digər təzyiq yolu ilə nikaha məcburetmə iki ilədək, ağır nəticələrə səbəb olduqda isə on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Baxış sayı:107
Bu xəbər 19 Avqust 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















