Qazaxıstanda tarixi kəşf
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qazaxıstan çölündə 140 hektar ərazini əhatə edən Tunc dövrünə aid yaşayış məskəninin qalıqlarını aşkar edilib.
Metbuat.az xəbər verir ki, Semiyarkanın 3500 ildən çox yaşı var və bu günə qədər regionda kəşf edilmiş ən böyük planlaşdırılmış yaşayış məskəni hesab olunur. Qazıntılar zamanı aşkar edilən tikililər düzbucaqlı torpaq kurqanlar üzərində iki sıra düzülmüş çoxotaqlı evlərdən ibarətdir. Mərkəzdə digər tikililərdən iki dəfə böyük bir binanın qalıqları tapılıb. Güman edilir ki, bu tikili mərasim sahəsi, icma quruluşu və ya nüfuzlu ailəyə məxsus yaşayış yeri kimi xidmət edib. Tədqiqatçılar şəhərin cənub-şərqində qalay-mis bürünc istehsalına həsr olunmuş sənaye zonası müəyyən ediblər. Ərazidə tökmə qabları, şlak və bürünc artefaktlar tapılıb.
Bu tapıntılar ərazidə genişmiqyaslı metallurgiya sistemlərinin fəaliyyət göstərdiyini göstərir. Bu kəşf Avrasiya çöllərində bürünc istehsalına dair ən güclü dəlil hesab edilir.
Baxış sayı:75
Bu xəbər 27 Noyabr 2025 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















