Qazaxıstanda 20 yeni quş növü kəşf edildi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Son illərdə Qazaxıstanda əvvəllər qeydə alınmayan 20-dən çox yeni quş növü aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstanın Biomüxtəlifliyin Mühafizəsi Assosiasiyasının elmi direktoru Sergey Sklyarenko məlumat verib.
“Hazırda Qazaxıstanda 520-dən çox quş növü var. Hər il ölkəyə yeni növlər uçur”, - o, brifinqdə bildirib.
Sklyarenko ölkənin quş faunasının hazırkı vəziyyətinə toxunaraq qeyd edib ki, ayrı-ayrı növlərin azalması qlobal tendensiyadır, bu gün Qazaxıstanda təxminən 60 quş növü müxtəlif dərəcələrdə təhlükə altındadır.
“Quşların həyatı həmişə rahat olmur, əsas təhlükə onların yaşayış mühitinin məhv olmasıdır. Bu, infrastrukturun inkişafı, mədənçilik, landşaft dəyişiklikləri və bataqlıq ərazilərin quruması ilə əlaqədardır. Bundan əlavə, ətraf mühitin çirklənməsi və digər narahedici amillər də təsir göstərir. Qlobal məlumatlara görə, mövcud quş populyasiyasının təxminən yarısı azalıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 01 Aprel 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















