Qazaxıstanda xarici agentlər haqqında qanunun qəbul edilməsi təklif olunub
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Parlamentin üzvü İrina Smirnova Qazaxıstanda xarici agentlər haqqında qanunun qəbul olunmasını təklif edib. SİA Qazaxıstan mediasına istinadla xəbər verir ki, deputat parlamentin iclasında Baş nazir Oljas Bektenova müraciət edərək xarici agentlər haqqında qanun qəbul edən ölkələri - İsrail, Çin, Avstraliya, Böyük Britaniya və Fransanı nümunə kimi göstərib.
O hesab edir ki, Qazaxıstan bu təcrübəni dəstəkləməli və media orqanlarının materiallarının məzmununu və mənbəyini etiketləməyi tələb edən qanun yaratmalıdır. Deputat əlavə edib: “İllərdir boz zonada fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının statusuna yenidən baxmağın, siyasi maraqlarını medianın dəstəyi, insan hüquqlarının müdafiəsi və dözümlülüyün artırılması ilə ört-basdır edən xarici donorlarla qarşılıqlı fəaliyyət qaydalarını yenidən yazmağın vaxtı çatıb”.
Smirnova qeyd edib ki, ABŞ “Azad Avropa” və “Amerikanın səsi” radiolarının bağlanmasını təklif edib. Bundan sonra o, Qazaxıstanda fəaliyyət göstərən “Azattık” radiosunu misal çəkib.
“Bu gün “Azattık” radiosunun saytına daxil olan hər kəs bunu aydın şəkildə görə bilər. Burada yeni məktəb, yol tikintisi, aparılan islahatlar və ya qazaxıstanlıların hər hansı qələbəsi ilə bağlı bir dənə də olsun material yoxdur, sadəcə olaraq tənqid və neqativlərin eskalasiyası var”, -deyə Smirnova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















