Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanın Energetika Nazirliyi Bakı-Tiflis-Ceyhan neft kəməri ilə tədarükün 20 milyon tona çatdırılmas imkanlarınıı öyrənir.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev deyib.
“2024-cü ildə Bakı-Tiflis-Ceyhan vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılıb. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir”, – o bildirib.
Nazir qeyd edib ki, bu marşrut hazırda ən perspektivli istiqamətlərdən biridir, çünki həm Qazaxıstan, həm də Azərbaycan bu kəmərlə Qazaxıstan neftinin tədarük həcminin inkişafında və sistemli artırılmasında maraqlıdırlar.
O, ötürmə qabiliyyəti ildə 5 milyon ton, mümkün tədarük həcmi isə ildə 3 milyon tona qədər olan Bakı-Supsa neft kəmərinin imkanlarının da nəzərdən keçirildiyini vurğulayıb.
Baxış sayı:51
Bu xəbər 26 Noyabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















