Icma.az
close
up
RU
Qazaxıstandan olan turizm şirkətlərinin rəhbərləri QUBADA FOTO

Qazaxıstandan olan turizm şirkətlərinin rəhbərləri QUBADA FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Qubada turizm sahəsində ikitərəfli əməkdaşlığın dərinləşməsinə və iki ölkə arasında turizm axınının intensivləşməsinə yönələn Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib.
Bizim.Media xəbər verir ki, Şahdağ Quba Truskavets sanatoriyasında baş tutan tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, səfirliyin əməkdaşları, Qubadan olan millət vəkili Əlibala Məhərrəmzadə, Azərbaycan Dövlət Turizm Agentliyi və Turizm Bürosunun rəsmiləri, Azərbaycanın və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyalarının nümayəndələri, iki ölkənin iri turizm şirkətləri, bloqerlər, ümumilikdə 70-dən nəfərdən çox adam iştirak edib.
Səfir Alim Bayel Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq olduğunu xatırladıb, ikitərəfli əməkdaşlıq bütün sahələrdə, o cümlədən turizm sahəsində müsbət dinamika ilə inkişaf etdiyini dilə gətirib. Diplomat qazaxıstanlıların Azərbaycana və azərbaycanlıların Qazaxıstana artan marağını xüsusi vurğulayıb. Statistik məlumatlara diqqət çəkən səfir bildirib ki, son illər əsasən, Azərbaycanı ziyarət edən Mərkəzi Asiyadan olan turistlərdən hər ikincisi Qazaxıstandan olub.
 

Belə ki, bu ilin yanvar – iyul aylarında Azərbaycanı 58 841 qazaxıstanlı turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58% artım deməkdir. Ümumilikdə, Azərbaycana turizm axınının dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşıb. Səfir onu da bildirib ki, yaxın vaxtlarda Qazaxıstanın şərqində yerləşən ən gözəl guşələrdən biri – Alakol gölünün sahilində Azərbaycan sərmayələri ilə yeni sanatoriya-kurort kompleksinin tikintisi planlaşdırılır.


Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə bildirib ki, Azərbaycan və Qazaxıstan arasında ticarət, turizm, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı istiqamətində razılıqlar iki ölkənin iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi baxımından yeni imkanlar açır. Qeyd edib ki, sözügedən əməkdaşlıq xətti də iki ölkənin mövcud ticarət münasibətlərini daha da şaxələndirməyə yönəlib.

Görüş zamanı Azərbaycanın turizm sənayesinin nümayəndələri tədbir iştirakçılarına ölkəmizin məşhur turizm marşrutları haqqında söz açdılar, Azərbaycan və Qazaxıstanın unikal, ecazkar təbiətini nümayiş etdirən video və foto matriallar nəzərdən keçirildi. Bundan başqa, tədbir çərçivəsində iki ölkənin turizm agentlikləri rəhbərlərinin qarşılıqlı görüşləri baş tutub, əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə konkret layihələrin icrasına dair niyyətlərini açıqlayıblar.


Eyni zamanda Qazaxıstandan olan turizmçilərin Azərbaycanın şimal bölgəsi ilə tanışlıq turları təşkil olunub. Qeyd etmək lazımdır ki, 2024-cü ilin iyulunda azərbaycanlı səyahət bloqerlərin Qazaxıstana ilk turu baş tutub, səfər çərçivəsində onlar Almatı, Şımkent və Türkistan şəhərlərini, habelə Almatı vilayətini ziyarət ediblər. Tədbir iştirakçıları bu cür səfərlərin qarşılıqlı turist axınını artıracağına əminliyini ifadə ediblər.


Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Sentyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri