Icma.az
close
up
RU
Qazaxıstanın tanınmış media holdinqinin rəhbəri “Azxeber”i ziyarət etdi FOTOLAR

Qazaxıstanın tanınmış media holdinqinin rəhbəri “Azxeber”i ziyarət etdi FOTOLAR

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstanın "Manqistau Media” holdinqinin rəhbəri, "Əməkdə fərqlənməyə görə” dövlət mükafatı laureatı, tanınmış jurnalist Gülmira Aytkənovna Abışeva "Azxeber Media”nın qonağı olub.

AZXEBER.COM xəbər verir ki, "Azxeber Media”nın redaksiyasına baş çəkən Gülmira Abışeva informasiya sahəsindəki təcrübəsini bölüşüb və Azərbaycan ilə Qazaxıstan arasında media əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, iki ölkənin media qurumları arasında əməkdaşlıq qarşılıqlı informasiya mübadiləsi və birgə layihələrin reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

2021-ci ilin mart ayından etibarən Manqistau vilayətinin mətbuat katibi vəzifəsini icra edən Gülmira Abışeva, humanitar təşəbbüslərdə fəal iştirakı ilə də seçilir. Xüsusilə 2023-cü ilin 25 dekabr tarixində Aktau şəhərində baş vermiş təyyarə qəzası zamanı Azərbaycanın aidiyyəti qurumları ilə operativ əlaqə saxlayaraq məlumatların dəqiqləşdirilməsi və düzgün informasiya təminatında mühüm rol oynayıb. Onun bu dəstəyi Azərbaycanda yüksək qiymətləndirilib.

Hazırda Qazaxıstanda bir sıra aparıcı media qurumlarını özündə birləşdirən "Manqistau Media” holdinqinin direktoru olan Abışeva, eyni zamanda Aktau şəhər Məsləhətinin deputatıdır.

Görüş zamanı tərəflər gələcəkdə birgə media layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən ilin fevral ayında "Manqistau Media” ilə "Azxeber Media” arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Aysel Hacızadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri