Icma.az
close
up
RU
Qazaxıstanın utopik BTC planı Ekspert kəmərlə 20 mln. ton qazax nefti daşınmasını real saymır AzPolitika onlayn siyasiictimai qəzet

Qazaxıstanın utopik BTC planı Ekspert kəmərlə 20 mln. ton qazax nefti daşınmasını real saymır AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft daşımalarını bu ilki 1,5 mln. tondan 20 mln. tonadək artırması perspektiv plandır. Yəni onun reallaşması nə 2025-ci, nə də 2030-cu ilə hesablanmayıb. Çünki bununla bağlı nəinki detallı bir plan işlənilməyib, heç reallığa yaxın masanın üzərində “yol xəritəsi” belə mövcud deyil”.

“AzPolitika” xəbər verir ki, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Qazaxıstan hakimiyyətindən bu barədə verilən açıqlamaları şərh edərkən bildirib.

Xatırladaq ki, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev parlamentin iclasında keçirilən hökumət saatı zamanı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını artırmaq üçün iddialı planları təqdim edib. Planda BTC marşrutu Qazaxıstan neftinin nəqli üçün ən perspektivli istiqamətlərdən biri hesab olunur.

“Bu istiqamətdə Qazaxıstan neftinin tədarük həcminin inkişaf etdirilməsinə və sistemli şəkildə artırılmasına həm Qazaxıstan, həm də Azərbaycan tərəfindən maraq var. Bu il üçün BTC vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir”, - deyə Qazaxıstanın energetika nazirinin hesabatında qeyd olunur.

İlham Şaban isə vurğulayıb ki, Qazaxıstanın hansı mənbələrin resursu hesabına həmin 20 mln. ton nefti “tapıb” Xəzərin o tayına göndərmək fikrində olduğu məlum deyil. Onun sözlərinə görə, buna mane olacaq kifayət qədər obyektiv səbəblər var: “Əslində 20 mln. ton nefti göndərməyə hazırkı dəmir yolu infrastrukturunun heç imkanı da yoxdur. Demək, haradasa 700 kilometr uzunluğunda yeni neft kəməri çəkmək lazımdır. Onu layihələndirmək, maliyyəsini tapmaq və tikmək - təqribən 3 il zaman tələb edir. Qazaxıstan onu Xəzərin şimal-şərqindəki Eskene terminalından Kurık terminalına çəkmək istəyir. Demək, həm Eskenede yeni terminal tikilməlidir, həm də Kurıkda. Xatırladım ki, hazırda Qazaxıstan nefti Azərbaycana Aktau terminalından daşınır, Kurık isə Aktaudan cənubdakı körfəzdə yerləşir”.

İ.Şaban bildirir ki, hazırda tankerlərlə Xəzər üzərindən 12 mln. tona qədər neft daşımaq münkündür. “Demək, sözügedən həcmə çatmaq üçün əlavə tankerlər tikilməli, köhnələri isə nəqletmənin stabilliyini saxlamaq üçün yenilənməlidir”, - o əlavə edib.

Ekspert onu da qeyd edir ki, Azərbaycan sahilində Xəzərin o tayından nefti qəbul etmək üçün infrastrukturun gücü 7 mln. tona yaxındır, deməli, onu da 3 dəfə artırmaq lazımdır: “Hazırda BTC ilə 23 mln. tona yaxıb Azərbaycan nefti nəql edilir. Qazaxıstan tərəfində bütün işlər görülüb qurtarana qədər bizim neftin həcmi təqribən 20 mln. tonadək azala bilər. Demək, yarıbayarı qarışdırıldıqda artıq onun keyfiyyəti “Azeri Light” deyil, “Kebco” (kükürd faizi nisbətən yüksək) olacaq və qiyməti də aşağı...”

İlham Şaban vurğulayır ki, belə kommersiyanın bizim marağımıza yaxın beşillikdə cavab verməsi çətin məsələdir. “Yəni rəsmi Astananın səsləndirdiyi məsələnin reallaşması yaxın gələcəyin işi deyil”, - o əlavə edib.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri