Icma.az
close
up
RU
Rusiya rəsmiləri bəhanələr uydururlar... Hər şey Qazaxıstanın əlindədir AzPolitika onlayn siyasiictimai qəzet

Rusiya rəsmiləri bəhanələr uydururlar... Hər şey Qazaxıstanın əlindədir AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

"Baxıram ki, indi də Rusiya ekspertləri hücuma məruz qalan təyyarəmizin HHM tərəfindən vurulmadığını əsaslandırmaq üçün təyyarənin "Xəzər dənizi üzərindən uzun məsafə qət etməsi" ilə əlaqələndirirlər. Yəni demək istəyirlər ki, vurulan təyyarə belə bir məsafə qət edə bilməzdi.

Görünür, onlar yalnız kitabda yazılanları nəzərə alırlar, insan amilini unudublar. "Flightradar" datası real olaraq göstərir ki, pilotlar nəyin bahasına, hansı vəziyyətdə və hansı ustalıqla təyyarəni Aktauya qədər idarə edə biliblər".

Bu fikirləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

"Səmimi deyim, Azərbaycan hökumətinə istinadla Qərb mediasının "təyyarə Rusiya tərəfindən vurulub" açıqlaması çox şeyi dəyişdi. Rusiya ekspertlərinin açıqlamalarına baxıram və təəssüf edirəm. Bu nəhəng ölkənin, müttəfiq ölkənin rəsmiləri "səhv etmişik" və "üzrxahlığımızı bildiririk" açıqlaması əvəzinə bəhanələr uydururlar.

İndi təsəvvür edirəm bu vəziyyətdən çıxmaq üçün Rusiya elitası Azərbaycanın siyasi hakimiyyətinə, hətta Qazaxıstana hansı təzyiqləri edir, hansı şirnikləndirici təkliflər edir. Prezidentin bu məsələdə prinsipial mövqe sərgiləməsi, dövlətin maraqlarını hər şeydən üstün tutması, siyasi iradə ortaya qoyması diqqət cəlb edəndir. Əslində hər şey Qazaxıstanın əlindədir. Əgər Azərbaycan tərəfi ilə, beynəlxalq ekspertlərlə əməkdaşlıq təmin olunsa, demək olar ki, məsələ həllini tapacaq. Əgər təhqiqat MDB strukturlarına həvalə olunsa, hər şey ört-basdır olacaq.

Görəsən, Qazaxıstan Rusiyanın basqılarına tab gətirəcəkmi? İnanıram ki, biz tab gətirə biləcəyik", - deyə ekspert əlavə edib. (musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri