Icma.az
close
up
RU
Qazaxıstanlı politoloq: Bakı və Astana arasında münasibətləri sabit və qardaşlıq xarakterli səciyyələndirmək olar

Qazaxıstanlı politoloq: Bakı və Astana arasında münasibətləri sabit və qardaşlıq xarakterli səciyyələndirmək olar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan və Qazaxıstan arasında münasibətləri sabit və qardaşlıq xarakterli səciyyələndirmək olar.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Mərkəzi Asiya və postsovet məkanı üzrə ekspert, qazaxıstanlı politoloq Qaziz Abişev bildirib.

Onun sözlərinə görə, Bakı və Astana təbii və tarixi müttəfiqlərdir və Prezident İlham Əliyevin Qazaxıstana səfəri ölkələr arasında yüksəksəviyyəli təməl münasibətlərinin mövcud olmasını bir daha təsdiqlədi.

“İki dövlətin liderləri arasında təkcə iqtisadi maraqlara deyil, həm də dərin mədəni-tarixi qohumluğa əsaslanan etimad formalaşıb. Bu etimad ölkələrə gələcəyə inamla baxmağa və regional çağırışlara koordinasiyalı reaksiya verməyə imkan yaradır”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.

Nəqliyyat gündəliyinə toxunan ekspert xüsusilə Orta Dəhlizi təkcə Qazaxıstan və Azərbaycan üçün deyil, marşrutun digər iştirakçıları üçün də ticarət axınlarının şaxələndirilməsinin ən mühüm aləti kimi qiymətləndirib. “Orta Dəhliz Qazaxıstan üçün Rusiyaya alternativ marşrut, Azərbaycan üçün isə Çin bazarına çıxış deməkdir. Bu, həmçinin Türkiyə üçün Uzaq Şərqə və Çinə çıxış əldə etmək, Çin üçün isə Aralıq dənizi limanları ilə əlaqə yaratmaq baxımından əhəmiyyətlidir”, – deyə Q.Abişev qeyd edib. O vurğulayıb ki, bu kimi marşrutların bugünkü əhəmiyyəti qədim dövrlərdəki rollarından heç də az deyil, bəlkə də onları üstələyir.

Politoloqun fikrincə, nəqliyyat arteriyalarının inkişafı region ölkələrinin iqtisadi müstəqilliyini möhkəmləndirir və onları xarici güc mərkəzlərindən daha az asılı edir.

“Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın əsas istiqaməti nəqliyyat sahəsidir və ölkələrin bir-birindən öyrənəcəyi çox şey var. Birinci rəqəmsallaşma, İT və elm sahələrinə fəal sərmayə yatırır, ikinci isə hərbi quruculuqda zəngin təcrübəyə malikdir”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, ölkələr arasında təcrübə mübadiləsi hər iki iqtisadiyyatı dayanıqlı edir və qarşılıqlı fayda əsasında yeni regional inkişaf modelini formalaşdırır.

Ekspert ayrıca olaraq Prezident İlham Əliyevin Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatını şərh edib və vurğulayıb ki, bu bəyanat ciddi diqqət çəkdi və mühüm addım oldu.

O, həmçinin əminliyini ifadə edib ki, nəqliyyat və ticarət yollarının tədricən açılması Cənubi Qafqazda etimadın yeni arxitekturasının formalaşmasına gətirib çıxaracaq: “Sülh əldə olunan kimi müharibə dayanır. Rəsmi Bakı göstərir ki, o, konstruktiv əməkdaşlığa hazırdır, Ermənistanın sülhdən fayda görməsini və davamlı sülhə nail olmaqda daha çevik olmasını istəyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri