Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Qazaxlar ruslarla müharibəyə hazırlaşır Putin Rusiyanın xilası üçün Turana hücuma keçir KONKRET

Qazaxlar ruslarla müharibəyə hazırlaşır Putin Rusiyanın xilası üçün Turana hücuma keçir KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Rusiya ilə Qazaxıstan arasında mövcud olan gərginlik aradan qalxmayıb. Təbii ki, bu gərginlik milli şüurun və Qazaxıstan daxilindəki rusdilli əhali ilə müqayisədə rəsmi dövlət dili olan qazax dilinin istifadəsi və qazaxdilli vətəndaşların arealının getdikcə genişlənməsinə görə ildən-ilə artacaq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri globalinfo.az-a açıqlamasında qazaxıstanlı publisist və politoloq Arman Şurayev deyib.

Onun sözlərinə görə, Qazaxıstan və Rusiya Federasiyası vətəndaşları arasında parçalanma və mentalitet, düşüncə fərqi daha qabarıq şəkildə özünü göstərəcək:

“Xüsusilə, Rusiyanın ətrafında təşkil etdiyi müxtəlif qlobal və yerli münaqişələr buna şərait yarada bilər və artıq yaradır. Təbii ki, ən böyük problem Ukraynadır. Qazaxlar “ukraynalı” köynəyi geyinib müharibəyə hazırlaşırlar və təbii ki, oradakı mehriban böyük qardaş obrazı çoxdan reallıqdan uzaqlaşıb. Hamı başa düşür ki, Rusiya “əlində qumbara olan meymun”dur, ondan hər şey gözləmək olar. Əgər ruslar öz slavyan qardaşlarının canına qıydısa, o zaman öz haqqımızda nə deyə bilərik və biz həm sima olaraq, həm də etiqad olaraq çox fərqliyik. Ona görə də Qazaxıstan əhalisinin əksəriyyəti kimi biz burada çox yaxşı başa düşürük ki, növbə Qazaxıstanındır. Ukraynadakı müharibədə qalib olub-olmamasından asılı olmayaraq, uduzsalar belə, Putin xalqı kiçik bir qələbə ilə yemləmək üçün mütləq bunu nə iləsə nümayiş etdirməlidirlər. Qazaxıstan isə bu baxımdan asan tikədir”.

A.Şurayev qeyd edib ki, amma bununla yanaşı, Türküstan, Böyük Turan faktorunu unutmaq olmaz, o artıq formalaşmağa başlayır:

“Liderlər görüşür, bir araya gəlirlər və bunu heç kim dilə gətirmir, amma mən hesab edirəm ki, pərdə arxasında Kreml də daxil olmaqla, hamı başa düşür ki, Avrasiya qitəsinin ərazisində, xüsusilə “Çurkezov ölkələri” (Rusiyadakı kiçik respublikalar nəzərdə tutulur – red) ilə bağlı mərkəzdənqaçma qüvvələrinin getdikcə daha da artacağını yaxşı başa düşürlər və çox gözəl anlayırlar ki, Böyük Avrasiya birdən-birə “türk” olanda o, avtomatik olaraq artıq “rus” olmayacaq.

Rusiya həmişə, hələ Yekaterina dövründən Qafqazı, Orta Asiyanı öz ata yurdu, müstəmləkəsi kimi qəbul edib. Bu gün isə xüsusən də altı ay əvvəl Suriyanı itirməsi fonunda təbii ki, onun üçün xoş deyil. Cənubi Qafqazı praktiki olaraq itirdi. Üstəlik, sadiq satrapını və “nökər”i Ermənistanı itirdi. Və o, həm də gözlənilmədən Azərbaycanla dava salmağı bacardı. Təbii ki, indi hamının danışdığı Azərbaycanla Ermənistan arasında o böyük sülh müqaviləsi Rusiya siyasətçiləri üçün kabusdur. Çünki Rusiyaya ətrafında hər şeyin alovlanması, münaqişələrin olması lazımdır bu bulanıq sularda balıq tutması üçün ki, son illərdə məhz bunu edib.

İndi onlar çox yaxşı başa düşürlər ki, Rusiyanın gələcəyi tamamilə qeyri-müəyyəndir. Və sadəcə olaraq prosesləri ləngitməyə çalışırlar. Deyə bilərəm ki, Rusiyanın etdiyi hər bir hərəkət absurddur və vəziyyətini daha da pisləşdirir. Əvvəlcə tacik, sonra özbək, qırğız miqrantların döyülməsi, daha sonra Azərbaycan diasporu ilə mübarizə onu göstərir ki, Rusiya burada yaşayan müsəlmanları, etnik türk icmalarını öz mövcudluğu üçün potensial təhlükə sayır. Ona görə də onlar bu qədər kobud mübarizə aparırlar, ona görə də adam öldürmək və qorxutmaq da daxil olmaqla, belə qaniçən mübarizə üsullarından istifadə edirlər. Bütün bunlar, ilk növbədə, türk birlikləri və diasporaları daxilində əhval-ruhiyyəyə təsir etmək istəyi ilə bağlıdır”.

Politoloq bildirib ki, bunu eyni zamanda, Rusiyanın doğum və ölüm göstəriciləri ilə bağlı bütün məlumatları gizlətməsi fonunda çox gözəl görürük:

“Biz bilirik ki, Rusiyanın dağlıq bölgələrində mənfi saldo var, yəni rus əhalisinin sayı getdikcə böyük miqyasda azalır. Və əhali sayının kəskin artdığı bölgələr müsəlman əhalisinin yaşadığı, yaxud monoetnik Buryatiya, Saxa (Yakutiya), Başqırdıstan, Tatarıstan və Qafqazdakı muxtar respublikalardır. Buna görə də təbii ki, Rusiya daxilində, eləcə də Qazaxıstanda rus mənşəli əhalinin sayı azalır. Qazaxıstanı təsir altında saxlamaq istəyən ruslar Ukraynanın geosiyasi əhəmiyyətini çox gözəl anlayırlar. Artıq maskalar yırtılıb çıxır və Duqin (rus siyasi analitiki Aleksandr Duqin – red.) deyib ki, Ukrayna müharibəsində hədəf Ukraynanı tamamilə məhv etməkdir. Düşünürəm ki, növbəti hədəf Qazaxıstan dövlətini məhv etmək və öz müstəmləkəsinə, hansısa səksən yeddinci federal subyektinə çevirmək olacaq və belə cəhdlər artıq var.

Lakin Böyük Turan, pantürkizm ideyası barədə daha öncə söylədiklərimə dönərək düşünürəm ki, biz buna yol verməməli, Avrasiya materikinin türk olması üçün hər şeyi etməliyik. Bu, ədalətin bərpası və tarixin təbii gedişatı olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Avqust 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri