Icma.az
close
up
RU
Qazi Aslan Nuriyev: Düşmənin belini qırdıq, tarixi torpaqlarımızı azad etdik

Qazi Aslan Nuriyev: Düşmənin belini qırdıq, tarixi torpaqlarımızı azad etdik

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Lənkəran, 22 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Beş il öncə - 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayanda xalqımızın igid, vətənpərvər övladları düşməndən qisas almaq, uzun illərdir əsarətdə qalan torpaqlarımızı azad etmək üçün döyüşlərə qatıldı. Tariximizin şanlı səhifəsinə öz adını yazdıran qəhrəman həmvətənlərimizdən biri də Aslan Qafar oğlu Nuriyevdir.

AZƏRTAC xəbər verir ki, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda hərbi əməliyyatlarda iştirak edərək qazi adını qazanan Vətən övladlarımız da xatirələrini daim uca tutduğumuz şəhidlərimiz kimi heç vaxt unudulmurlar. Qəhrəman qazilərimizin keçdiyi şərəfli döyüş yolu böyüməkdə olan gənc nəslə örnək olaraq göstərilir.

1990-cı il noyabrın 10-da Lənkəran rayonunun Hirkan qəsəbəsində dünyaya gələn Aslan Qafar oğlu Nuriyev Vətən müharibəsində snayperçi olub. Qəhrəman qazi beş il öncə müharibəyə qatılmasını və döyüşləri belə xatırlayır: “Ordumuzun gücünün artdığını görüb, qürur duydum. Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında düşmənin belini qıraraq, tarixi torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü tam bərpa etdik. Müharibə günləri bizim üçün həm ağır, həm də qürurverici idi. Mən o günləri fəxrlə xatırlayıram. Döyüşçü dostlarımızı, şəhid qardaşlarımızı unuda bilmərəm. Arzum var idi ki, Şuşaya kimi döyüşüm. Bu, mənə qismət olmadı, Qubadlı döyüşlərində ağır yaralandım. Dörd gün sonra ayıldım və özümü xəstəxanada gördüm. Qubadlı döyüşləri son döyüşlərim oldu. Oktyabrın 21-də döyüş meydanından təxliyə olundum”.

Aslan Nuriyev həqiqi hərbi xidmətini başa vurandan sonra ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışmağa başlayıb. 2016-cı ilin aprel ayında qoşunların təmas xəttində düşmən həmləsinin qarşısının alınmasında da igidliklə döyüşən Aslana, 2020-ci ilin sentyabr ayında döyüş tapşırığını yerinə yetirmək üçün bildiriş gəlir. O, bu xəbəri ilk olaraq orta məktəbdən ən çox sevdiyi riyaziyyat müəllimi Elçin Ağayev ilə paylaşır. “Sentyabrın 25-i Aslan bizə gəldi. Dedi ki, müəllim xeyir-duanızı verin. Döyüşlərə yollanıram. Dedim, Aslan, haradan bilirsən ki, döyüşlər başlayır. Dedi, könüllü müraciət etmişəm, məktub gəlib, Ali Baş Komandan əmr verib. Aslan ertəsi gün ordu sıralarına qatıldı. Döyüşlər vaxtı onunla əlaqə saxlayırdım. Məktəbdə oxuduğu müddətdə çox vətənpərvər şagird kimi böyümüşdü. Aslan kimi qazilərimizə, şəhidlərimizə borcluyuq. Onların qarşısında baş əyirik. Onlar torpaqlarımızı azad etdilər”, - deyə Aslanın riyaziyyat müəllimi bildirir.

Bu müharibə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi ilə ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Bu şanlı Qələbəmiz dünya hərb tarixinə 44 günlük müharibə kimi düşsə də, Vətən müharibəsi adı altında tariximizə qızıl hərflərlə yazıldı.

Aslanın anası Məhbubə xanım deyir ki, oğlunun mərdliyi ilə həmişə fəxr edib: “Oğlum vətəndaşlıq borcunu yerinə yetirdi. Qalib kimi evinə qayıtdı. Mən onunla qürur duyuram. Müharibəyə gedəndə dedim, “oğlum getmə, körpə övladın var”. Dedi ki, “ana mən ölməyə yox, öldürməyə gedirəm”. Mən də ona güvənib, halallaşıb, yola saldım. Müharibədə qızğın döyüşlər gedirdi. Qubadlı döyüşlərində yaralandı. Biz bilmirdik. Üç gün komada qalıb, sonra həkimlər bizimlə əlaqə saxladılar, o vaxt yaralandığını bildik. Şükürlər olsun ki, sağ-salamat yanımızdadır”.

Bu gün qəhrəman hərbçimizin sinəsini “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları bəzəyir. Qeyd edək ki, Aslan iki övlad atasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri