Icma.az
close
up
RU
Xaçmazlı döyüşçü: Düşmənin başını əzib, torpaqlarımız azad etdik

Xaçmazlı döyüşçü: Düşmənin başını əzib, torpaqlarımız azad etdik

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaçmaz, 4 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Şirin Ramizov Vətən müharibəsində düşmənlə qanlı savaşlara atılanda cəmi 18 yaşı var idi. Qəhrəman döyüşçü Ağdam, Füzuli, Xocavənd istiqamətlərində aparılan əməliyyatlarda fədakarlıqla döyüşüb. Düşmən mərmisinin yaxınlığında partlaması nəticəsində ağır yaralanan Şirin 3-cü qrup müharibə əlilidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ramizov Şirin Telman oğlu 29 aprel 2002-ci ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb.

Vətən müharibəsi başlayanda Şirin cəmi beş ayın əsgəri idi. Sentyabrın 27-dən başlayaraq cəbhənin Ağdam rayonu istiqamətində motoatıcı kimi əməliyyatlara qoşulub. Füzuli, Xocavənd rayonlarının və kəndlərinin, eləcə də Suqovuşanın işğaldan azad edilməsi əməliyyatlanda fədakarlıqla iştirak edib.

“Döyüşlərdən əvvəl təlimlərə cəlb olunmuşduq. Hamımızda qalib gələcəyimizə böyük inam var idi. Döyüşlərdə olduğum barədə ailəmin xəbəri olmayıb. Müharibənin son günlərində valideynlərimə bildirmişəm ki, cəbhədəyəm. İstəmirdim narahat olsunlar. Bizim əsas qanlı döyüşlərimiz Xocavənddə olub. Orada Üçtəpə adlanan ərazidə. Düşmən yüksəkliklərdə, illərlə möhkəmləndirilmiş mövqelərdən başımıza yağış kimi mərmi yağdırırdı. Buna baxmayaraq, ancaq irəli əmri almışdıq. Şəhidlərimiz, çox sayda yaralanan döyüşçülərimiz oldu. Döyüşə başladığımız gündən bizimlə olan 81 nəfərdən müharibənin sonunda 6 nəfər həyatda qaldıq. Allah onlara rəhmət eləsin. Amma ən əsas məqsədimizə çatdıq. Düşmənin başını əzib, torpaqlarımız azad etdik”, - deyə Şirin Ramizov söyləyib.

Noyabrın 7-də Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə yaxınlığında partlayan mərminin qəlpələri Şirini qolundan və ayağından ağır yaralayıb. Sol qolunun dirsəkdən aşağı hissəsinin sümüklərinin əksər hissəsi parçalanıb, əzələ və toxumaları zədələnib.

“Yaralandığım döyüş heç vaxt yadımdan çıxmaz. Biz mühasirəyə düşmüşdük. Düşmən fasiləsiz minaatandan, toplardan atəş açırdı. Yaxın məsafəli döyüş idi. Mərmilərin arası 3-4 saniyə çəkirdi. Mən pulemyotçu olmuşam. Yaralansam da silahımı əlimdən buraxmamışam. Çox ağır yaralanmışam. İki saatdan çox mühasirədə qaldığımdan qanitirmədən ölə bilərdim. Məni ərazidən şəkili döyüş yoldaşım Valeh Məmmədov çıxardı. İlk tibbi yardım göstərildi və sonra Füzuli xəstəxanasına çatdırıldım. Əvvəlcə əlimi amputasiya etmək istəyirdilər. Amma həkimlərimizin səyi nəticəsində əlimi kəsmədilər. Müalicə alsam da, qolumda sağalma getmirdi. 2022-ci ildə Türkiyədə təcrübəli həkimlər qrupu tərəfindən 13 saatlıq əməliyyat olundum. Ayağımdan qoluma əzələ köçürülməsi, sümüklərin və toxumaların bərpa edilməsi və digər əməliyyatlar aparıldı. Hazırda da fizioterapiya müalicələri davam edir”,- deyə qəhrəman döyüşçü əlavə edib.

Şirin Ramizov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən döyüşlərdə göstərdiyi şücaətlərə görə "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri