Icma.az
close
up
RU
Qazi ananın şəhid oğlu

Qazi ananın şəhid oğlu

Icma.az, Azertag saytına istinadən bildirir.

Gəncə, 22 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Xocalı hadisələrindən sonra məndə düşmənə qarşı daha böyük nifrət yarandı və 1992-ci ildə döyüşlərdə iştirak etmək üçün könüllü yazıldım. Bir çox hücum bölmələrində olmuşam. Qəlpə yarası almışam. Hazırda da bədənimdə qəlpələr var. Düşünürəm ki, oğlum şəhid Rəşad Ələkbərovun vətənpərvər yetişməsində bu yaşadıqlarımın da böyük rolu olub.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə şəhid Rəşad Ələkbərovun anası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Nailə Ələkbərova deyib.

Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il sentyabrın 15-də Gəncədə anadan olub. 2012-ci ildə Gəncə şəhər 44 nömrəli məktəb-liseyin 9-cu sinfini bitirib. 2012-2014-cü illərdə 3 saylı peşə məktəbinin Mühasibatlıq fakültəsini uğurla başa vurub. 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. Hərbi xidmətdən əvvəl və sonra videooperator işləyib.

Rəşad 2020-ci ilin iyul ayında - Tovuz hadisələrindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək, düşmənə qarşı döyüşmək üçün könüllü müraciət edib. Sentyabrın 27-də başlayan Vətən müharibəsində isə ön cəbhədə düşmənə qan uddurub. Şəhla ana Rəşadın Füzulidən Şuşaya qədər döyüş yolu keçdiyini deyir: “Hərdən bir zəng edirdi, danışırdıq. Həmişə deyirdi ki, “narahat olma, Qələbə bizimlədir”. Müharibənin qanlı üzünü gördüyüm üçün, ana kimi çox narahat idim. Sonuncu dəfə noyabrın 7-si danışdıq. Ayın 9-u isə Rəşad şəhid oldu”.

O, Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla vuruşub, bu ərazilərin işğaldan azad edilməsində fədakarlıq göstərib. Noyabrın 9-da Şuşa-Laçın yolunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 12-də Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Ələkbərov Rəşad İlqar oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri