Icma.az
close
up
RU
Qazi: Qolumu itirsəm də, Qarabağ torpağını qazanmışam

Qazi: Qolumu itirsəm də, Qarabağ torpağını qazanmışam

Azertag saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Vətən müharibəsində şücaət göstərərək adını müasir hərb tariximizə qızıl hərflərlə yazan oğullardan biri də Şərur rayon sakini Ceyhun Davudovdur.

AZƏRTAC-ın bölgə müxbiri qəhrəman qazimizlə həmsöhbət olub, döyüş yolu ilə bağlı fikirlərini öyrənib.

Ağdam rayonundakı "N" hərbi hissənin kəşfiyyat taqım komandiri olaraq hərbi xidmətə başlayan Ceyhun deyir ki, hərbçi peşəsinə özünə həyat amalı seçən bir şəxs kimi hər zaman Ali Baş Komandanın döyüş əmrini gözləyirdi: "Nəhayət, bu döyüş əmri 2020-ci il sentyabrın 27-də verildi. Mən öz heyətimlə birlikdə Tərtər rayonundan döyüşlərə qatıldım. Həmin döyüşlərdə ilk tapşırıq Tərtər rayonu istiqamətində ön xəttin yarılması, sonra isə Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu döyüş mövqeyinin düşməndən geri qaytarılması idi. Sonuncu əmr isə Suqovuşanın düşməndən təmizlənməsi oldu. Bu döyüşlərdə mən sağ qolumu itirdim. Ancaq heyfsilənmirəm. Çünki qolumu itirsəm də, əvəzində ürəyimdəki arzuları - Qarabağ torpağını qazanmışam".

Ceyhun Davudov bildirir ki, döyüşlər zamanı yaşanan, hafizəsindən heç zaman silinməyəcək xatirələr kifayət qədərdir: "Şəhidlərimiz olsa da, qardaşlarımız yaralansa da hər bir əsgər, zabit heç vaxt döyüşdə geri addım atmağı düşünmürdü. Hər kəs torpaqlarımızın azad olunması üçün irəli getməyə can atırdı. Fəxr edirəm ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam. Həmin döyüşlərdən sonra Vətənimiz bütövləşdi. Bu gün alnımız açıqdır. Çünki tökülən qanlar yerdə qalmadı və bütöv, qalib, azad Azərbaycanda yaşayırıq".

"Müharibə başlayanda düşünmürdük ki, döyüşdən sağ qayıdarıq və ya qazi olarıq. Heç vaxt bu düşüncədə deyildik. Bizim bir amalımız var idi ki, torpaqlarımızı düşməndən geri qaytaraq. 30 il idi ki, torpaqlarımız düşmən tapdağı altında qalmışdı. Bu bizlərə hərbi təhsil aldığımız dövrlərdə də ağır gəlirdi. Çünki düşünürdük ki, bizim güclü ordumuz, ən müasir texnikamız, silah-sursatımız var. Belə halda niyə də torpaqlarımız işğalda qalmalıdır", - deyir Ceyhun.

İgid Vətən oğlu vurğulayır ki, ordumuzun bölmələri döyüşlər zamanı düşmənin öz silahlarını özlərinə qarşı istifadə ediblər. Müharibə başlayandan qarşı tərəf mütəmadi şəkildə öz döyüş texnikalarını, silah-sursatlarını mövqelərdə qoyub qaçırdılar. Bakıdakı Hərbi Qənimətlər Parkı bunun əyani sübutudur.

"Müharibədən sonra qazi kimi ordu sıralarından ayrılsaq da, hərbi formaya olan sevgimiz heç vaxt bitməyəcək. Bu gün dövlətimiz qarşısında yenə xidmətimizi davam etdiririk. Şükürlər olsun ki, bizlərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Bizim üçün gözəl iş imkanları yaradılıb, hər cür imtiyazımız təmin olunub. Bunun üçün mən Ali Baş Komandanımıza öz minnətdarlığımı bildirirəm", - deyə qəhrəman qazimiz əlavə edir.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Ceyhun Davudov “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, qürurla danışır, çünki uğrunda döyüşdüyü Vətən azaddır və qalib, müzəffər ordudan ehtiyata buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri