Icma.az
close
up
RU
İkinci Qarabağ müharibəsində yaralanan qazi təltif edilməsini istəyir…

İkinci Qarabağ müharibəsində yaralanan qazi təltif edilməsini istəyir…

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

44 günlük İkinci Qarabağ müharibəsi iştiraksı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb.

O, bu müraciətində keçdiyi döyüş yolunu, göstərdiyi şücaəti və nəhayət, istəyini dilə gətirib.

Müharibə iştirakçısı Mikayılov Orxan bildirir ki, əvvəllər də bir neçə dəfə müraciət ünvanlayıb, lakin həmin müraciətlərin ölkə başçısına çatmadığını düşündüyü üçün yenidən saytımız vasitəsilə ilə müraciət etməyi qərara alıb.

Beləliklə, Gununsesi.info sözügedən müraciəti olduğu kimi təqdim edir:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı

cənab İlham Əliyev cənablarına

Bakı şəhəri Suraxanı rayonu MİDA 2 MMC BİNA 33giris 5 6/2

də yaşayan Mikayılov Orxan zulfiqar oğlu tərəfindən

Tel:099-884-89-86

Hörmətli cənab Prezident,

Bu müraciəti sosial şəbəkə vasitəsilə Sizə ünvanlamaqda əsas məqsədim sözümün birbaşa Sizə çatdırılmasıdır. Çünki 2023-cü ildən bu günədək bütün hüquqi müstəvidə, səssiz və qanunauyğun şəkildə, aidiyyəti qurumlara və instansiyalara Sizə ünvanlanmaqla dəfələrlə məktublar göndərmişəm. Təəssüf ki, həmin müraciətlərimin Sizə çatmadığını görərək bu addımı atmağa məcbur qalmışam.

Mən Sizin əsgəriniz olmuşam və bu müraciətim hörmətsizlik deyil, Ali Baş Komandana olan inamımın ifadəsidir.

Bildirirəm ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun tabeçiliyində olan 218 nömrəli hərbi hissə tərəfindən 2023-cü ildə barəmdə rəsmi qaydada müsbət xidməti (təltif) təqdimatı hazırlanmış, adım təltif üçün təqdim olunan şəxslərin siyahısına daxil edilmişdir. Həmin təqdimatda xidmətim və döyüş əməliyyatlarında fərqlənməyim xüsusi olaraq qeyd olunmuş, sənədlərin yuxarı komandanlığa göndərilməsi nəzərdə tutulmuşdur.

Lakin 2023–2025-ci illər ərzində bu təqdimat icra edilməmiş, sənədlər yuxarı instansiyalara təqdim olunmamış və məsələ nəticəsiz saxlanılmışdır.

Xüsusilə vurğulamaq istəyirəm ki, döyüş əməliyyatları zamanı yaralanmış bir hərbi qulluqçu kimi, xidmətim və döyüşlərdə göstərdiyim şücaətə görə qanunvericiliklə nəzərdə tutulan aşağıdakı təltiflərə təqdim olunmağım bu günədək icra edilməmişdir:

“Cəsur döyüşçü” medalı – döyüş tapşırıqlarının icrası zamanı yaralandığım üçün şəxsi igidlik və şücaət göstərdiyimə görə;

“İgidliyə görə” medalı – döyüş əməliyyatlarında fərqlənməyimə görə;

Döyüşlərdə yaralanma faktıma əsasən müvafiq dövlət təltifləri ilə qiymətləndirilmə.

Bütün bunlara baxmayaraq, uzunmüddətli və davamlı müraciətlərim nəticəsiz qalmış, 218 nömrəli hərbi hissə komandanlığı tərəfindən təltiflə bağlı sənədləşmə qəsdən yubadılmış, icra intizamına əməl olunmamışdır. Mənə isə hüquqi cəhətdən əsaslandırılmış, aydın və motivləşdirilmiş cavab verilməmişdir.

Qeyd etmək istəyirəm ki, Sizin imzaladığınız təltif sərəncamlarında ehtiyatda olan hərbi qulluqçuların da adları yer alır. Bu fakt onu göstərir ki, barəmdə təqdimatın icra edilməməsi qanunvericilik məhdudiyyəti ilə deyil, yerli icraedici vəzifəli şəxslərin hərəkətsizliyi ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsinə, eləcə də “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrinə əsasən, inzibati orqanlar qəbul etdikləri qərarların vaxtında, obyektiv və qanuna uyğun icrasını təmin etməyə borcludurlar. İnzibati orqan tərəfindən yaradılmış hüquqi gözlənti əsassız olaraq aradan qaldırıla bilməz.

Hörmətli cənab Prezident,

Səmimi şəkildə inanıram ki, bu məsələ yalnız Sizə çatdırıldıqdan sonra öz ədalətli həllini tapacaqdır. Bu səbəbdən sosial şəbəkə vasitəsilə Sizdən və ictimaiyyətdən xahiş edirəm ki, müraciətimin Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə çatdırılmasında mənə köməklik göstərəsiniz.

Bu paylaşımın məqsədi səs-küy yaratmaq deyil, sözümün sahibinə çatmasıdır.

Hörmətlə,

Ehtiyatda olan xüsusi təyinatlı gizir

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri