Icma.az
close
up
RU
Qazi, şəhid ailələrinin dərdinə yanan DAXİLİ İŞLƏR NAZİR(LİY)İ

Qazi, şəhid ailələrinin dərdinə yanan DAXİLİ İŞLƏR NAZİR(LİY)İ

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

General-polkovnik Vilayət Eyvazovun ƏSGƏR ŞƏRƏFLİ qəbul qaydası

Vətəndaşların ən çox narazı qaldığı halın müraciətlərinə baxılmaması, özəlliklə qəbul hüquqlarının tanınmaması olması toplumdan gələn səslərdən bəlli edir. Konstitusiya ilə doğrulanan müraciət etmək, qəbul olunmaq hüququna qadağa qoymaq, çağrı mərkəzlərinə şikayətləri çeşidli bəhanələrlə qulaqardına vurmaq, hətta zəngin dəstəyini qaldırmamaq çox qurumların iş normasına çevrilib. Bircə dövlətin baş hüquq mühafizə orqanı olan Daxili İşlər Nazirliyi istisnadır. 102 çağrı mərkəzinin anında zəngləri qəbul edib, şikayətləri uyğun DİN  qurumuna yönləndirməsini kimsə dana bilməz.

Digər “qaynar” çağrı mərkəzləri ilə müqayisə edin, “növbədə yarım-bir saat “diringə səsi” altında gözlədib”, ən yaxşı halda müraciətin ona aid olmadığı, ən pis halda avtomatik rejimdə “yenidən bəxti sınamağı” bildirirlər. Kağızda və elektron qaydada  müraciətlərə də DİN qurumları operativ reaksiya verir, heç bir müraciət diqqətdən yayınmır. Qəbula gəldikdə isə , dəfələrlə vurğuladığımız kimi, sayğılı nazirimiz Vilayət Eyvazovun qəbul qaydaları bütün dövlət orqanlarına örnəkdir.

Bu günlərdə sayğılı nazirimizin qəbulunun daha bir özəlliyini Qarabağ qaziləri, şəhid ailələri “kəşf edib”. Heç demə, qəbul yiyəsi göstəriş verib ki, şəhid ailələri, qazi “ordusu”na özəl qiqqət göstərilsin, qəbuldan öncə və sonra da problemləri diqqətlə öyrənilsin, çözülməsi yönündə konkret addımlar atılsın. Bir sözlə, başdansovdu yox, qəbula düşməyə vadar edən problemin nəzarətə götürülməsi ilə çözülməsi tapşırılıb.  Hətta qazi, şəhid ailələrinə hüquqi yardımdan ayrı, maddi yardımlar edilməsini də qazi, veteranlar gizlətmir. Nazirin DİN-in qazilərinə, Daxili Qoşunların savaş veteranlarına diqqət və qayğısı da böyük önəm daşıyır. Veteranların işlə təminatı,  yenidən xidmətə qəbulu, yaralıların, müalicəyə ehtiyacı olanların  DİN hospitalında müalicəsi bu diqqət və qayğının göstəricisidir. Son 5 ildə polisə xidmətə qəbul edilənlərin , demək olar ki, hamısı Vətən müharibəsi iştirakçılarıdır. Nazirin qaziləri qəbulu da “hərbi qaydada” keçir, nazir-komandan əsgərlərini bir-bir “sıra baxışından keçirir”. General-polkovnik qazilərlə görüşəndə isə özünü sıradan əsgər-qazi kimi aparır, Məmməd Arazın şerində deyildiyi ki, ƏSGƏR ŞƏRƏFİ İLƏ!

Kaş bütün dövlət orqanları qazilərlə, savaş veteranları ilə, şəhid balaları ilə, vətəndaşlarla sayğılı nazirimiz, general-polkovnik Vilayət Süleyman oğlu kimi davransın: ƏSGƏR ŞƏRƏFİ İLƏ!

Məğrur BƏDƏLSOY

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri