Qazilərə qarşı dələduzluqda təqsirləndirilən şəxlərlə bağlı qərar verilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Qazilərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Şahnaz Rzayeva və Fərmayil Verdiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Şahnaz Rzayevaya 1 il 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Digər təqsirləndirilən Fərmayıl Verdiyev isə vəfat etdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.
Qeyd edək ki, ittihama görə, Fərmayil Verdiyev və Şahnaz Rzayeva qazilərin kəsilmiş pensiyalarını bərpa etmək adı ilə onlardan 9700 manat pul alıb.
Cinayət işində Birinci Qarabağ müharibəsi qaziləri Camalov Elxan Eldar oğlu, Vəliyev Araz Abasət oğlu, Həsənov Pərvin Sadiq oğlu və Mehdiyev Əlibaba Müzadil oğlu zərərçəkən qismində tanınıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312.2 ((vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü( xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
Fərmayil Verdiyev bu ilin iyul ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsində böyrək çatışmazlığından vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















