Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları Tükiyədə təlimlərdə iştirak ediblər
Icma.az, Azertag saytına istinadən bildirir.
Qəbələ, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün Türkiyənin İzmir şəhərində yerləşən peşə təhsil müəssisələrində təlim və təcrübə proqramı təşkil edilib. Təlimlərdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” və “Laborant-mikrobioloq” ixtisaslarının istehsalat təlim ustaları Turanə Çələbizadə, Nigar Məmmədova və dizayn ixtisası üzrə fənn müəllimi Ruslan Nəbiyev də iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təlim və təcrübə proqramı Azərbaycan və Türkiyə arasında bağlanmış peşə təhsili sahəsində əməkdaşlığa dair protokol çərçivəsində həyata keçirilib.
Təlimlər zamanı Mərkəzin mühəndis-pedaqoji heyəti İzmir şəhərində yerləşən peşə təhsil müəssisələrinin fəaliyyəti ilə də yaxından tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 15 İyul 2025 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















