“Qəbələ” ilə oyun “Sabah” üçün yubileylərlə yadda qalıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 11 mart, AZƏRTAC
“Sabah” Premyer Liqada 100-cü qələbəsini qazanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib. Bakı klubu Misli Premyer Liqasının XXIII turunda 7:1 hesabı ilə qalib gəlib.
2018/2019-cu illər mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.
Xatırladaq ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0.
Bakı klubunun futbolçusu Coy Lens Mikels isə “Qəbələ” ilə görüşdə Premyer Liqadakı 50-ci qolunu vurub. Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb. Azərbaycanda yalnız “Sabah”da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub. O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.
Almaniyalı futbolçu 2021/2022-ci illər mövsümündə 11, növbəti çempionatda 17, 2023/2024-cü illər mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.
Baxış sayı:147
Bu xəbər 11 Mart 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















