Icma.az
close
up
RU
Çin ŞƏT sammitinə ev sahibliyi edəcək

Çin ŞƏT sammitinə ev sahibliyi edəcək

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın 20-dən çox ölkəsinin liderləri və 10 beynəlxalq təşkilatın rəhbəri Çinin şimalında, Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində və əlaqədar tədbirlərdə iştirak edəcəklər.

525.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi bildirib.

XİN rəhbəri ŞƏT-in Baş katibi Nurlan Yermekbayevlə birgə mətbuat konfransında deyib ki, sammit avqustun 31-dən sentyabrın 1-dək davam edəcək.

Bu gün Tyantszin şəhərində, eyni zamanda Van Yi ŞƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasına sədrlik edib. Görüşdə Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu, Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar, XİN rəhbərləri Maksim Rıjenkov (Belarus), Subrahmanyam Cayşankar (Hindistan), Abbas Əraqçi (İran) Jeenbek Kulubayev (Qırğızıstan),  Sergey Lavrov (Rusiya), Sirojiddin Muxriddin (Tacikistan), Bəxtiyor Saidov(Özbəkistan), ŞƏT-in Baş katibi Nurlan Yermekbayev,  qurumun Regional Antiterror Strukturunun İcraiyyə Komitəsinin direktoru Ularbek Şarşeyev iştirak ediblər.

Van Yi ŞƏT-ə üzv dövlətləri tarix və gələcəyə qarşı məsuliyyət hissi nümayiş etdirərək, təşkilatın gücləndirilməsi ilə bağlı daha çox konsensus axtarmağa çağırıb. Çinli diplomat ŞƏT-in inkişafı ilə bağlı beş təklif irəli sürüb.

O, üzv dövlətlərin ilkin hədəflərinə sadiq qalaraq, “Şanxay ruhunu” irəli aparmalı, təhlükəsizlik əsasını gücləndirməli, qarşılıqlı fayda əldə etməli və inkişafın mühərrikini stimullaşdırmalı, dostluq və mehriban qonşuluq üçün səy göstərməli, dürüstlüyü və ədaləti dəstəkləməli olduqlarını vurğulayıb.

XİN başçısı üzv dövlətlərə Çinin ŞƏT-in dönəmli sədri kimi fəaliyyətini dəstəklədiklərinə görə minnətdarlığını bildirib və birgə səylər nəticəsində təşkilatın yüksək keyfiyyətli inkişafın yeni mərhələsinə qədəm qoyacağına əminliyini ifadə edib.

İclas iştirakçıları Çinin ŞƏT-in sədri kimi mükəmməl fəaliyyətini və bu işin müsbət nəticələrini yüksək qiymətləndirərək, Tyantszin Zirvəsinin uğurla keçirilməsini təmin etmək üçün Çin tərəfi ilə əlaqələndirməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 16 İyul 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see429

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see299

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see299

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see294

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see228

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see214

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see212

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see205

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see166

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see164

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see164

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri