Qəbələdə bədii ginmastika turniri
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
24–26 oktyabr tarixlərində “İdman paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of Nature” turniri keçirilib.
Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan – “Ocaq Sport” Klubu, “Grasiya” İdman Klubu, BGM, RKİM, SİS, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, “Dinamo” İdman Cəmiyyəti, Goranboy, Şirvan, Zirə, Naxçıvan, “Mingəçevir-Kür”, Abşeron OİK, Gəncə OİK, Şağan, Hövsan, Gəncə, Göyçay, Sabirabad və Ağdaşdan olan gimnastlar iştirak ediblər. Turnirdə fərdi proqram üzrə 203 gimnast və 8 qrup hərəkətləri komandası mübarizə aparıb.
Yarışın ilk günündə 2019–2016-ci il təvəllüdlü, ikinci günündə 2016–2013-cü il təvəllüdlü, sonuncu gündə isə 2013–2010-cu il təvəllüdlü gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər üzrə proqramlarda çıxış ediblər. Uğur qazanan gimnastlar medallarla təltif olunublar.
“Grace of Nature” turniri gənc gimnastların bacarıqlarını nümayiş etdirməsi, yarış təcrübəsi qazanması və sağlam rəqabət mühitində inkişaf etməsi üçün mühüm əhəmiyyət daşıyır.
Qəbələnin füsunkar təbiəti və idman atmosferi ilə birləşən bu turnir ölkəmizdə bədii gimnastikanın inkişafına və bu idman növünə olan marağın daha da artmasına töhfə verib.
Q.Yusifoğlu
XQ
Baxış sayı:21
Bu xəbər 27 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















