Qəbələdə məktəbdə güclü yanğın oldu Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Qəbələnin Uludaş kəndində məktəb binası tamamilə yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qafur Şərifov adına tam orta məktəbdə baş verib.
Yanğın yerinə yanğınsöndürənlər cəlb olunub. Məktəb binası tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama yayıb. Bildirilib ki, iyunun 21-i gecə saatlarında Qəbələ rayonu Qafur Şərifov adına Uludaş kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib: “Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır”.
Mübariz Muradov


Baxış sayı:92
Bu xəbər 22 İyun 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















