Icma.az
close
up
RU
Qəbələdə “Qış nağılı” davam edir

Qəbələdə “Qış nağılı” davam edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərək, ilk dəfə təşkil edilən Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu qeyd edib, festivala uğurlar arzulayıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova musiqisevərləri əlamətdar gün münasibətilə təbrik edərək deyib: “ 2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı hər il dünyanın müxtəlif yerlərindən istedadlı musiqiçiləri bir məkanda birləşdirir və tamaşaçılara yüksək zövqlü və peşəkar ifalar bəxş edir. Festival bu il mövsümü dəyişərək tamaşaçılara “Qış nağılı” əhvali-ruhiyyəsi yaşadacaq. Bu il Azərbaycan professional musiqisinin banisi dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyidir. Ölkəmizdə il ərzində həyata keçiriləcək musiqi layihələri Üzeyir bəyin yaratdığı irsə olan ehtiramımızı ifadə edəcək”.

Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə “Viva opera” adlı konsert proqramı təqdim olunub. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertin əvvəlində Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səsləndirilib. Konsertdə P.Maskanyi, C.Verdi, C.Puççini, U.Cordano, R.Leonkavallo, A.Ponkyelli, A.Katalaninin operalarından ariyalar ifa olunub. Solistlər Vanessa Qoykoeçea Aqorriya (soprano, İspaniya), Sercio Vitale (bariton, İtaliya) və Yusif Eyvazovun (tenor, Azərbaycan) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Festivalda klassik musiqi ilə yanaşı, vokal və kamera musiqisi axşamları da təşkil olunacaq.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Fevral 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri