Icma.az
close
up
RU
“Qəbələ”nin matçı hakim təyin edilmədiyi üçün baş tutmadı! “Dəli yığıncağı”nda növbəti “epizod”

“Qəbələ”nin matçı hakim təyin edilmədiyi üçün baş tutmadı! “Dəli yığıncağı”nda növbəti “epizod”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün yenə Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesini xatırladım. Vallah, özüm də belə olmağını istəmirəm. Çünki gənc jurnalist kimi həm daxili, həm də beynəlxalq arenalarda qazandığımız uğurlardan yazmaqdan ötrü alışıb-yanıram. Bu öz yerində. Dəqiq danışaq. Niyə adını çəkdiyim sənət əsərinin qəhrəmanlarından olan Molla Abbasın “vallah, billah, biz dəli yığıncağına düşmüşük” sözlərini xatırladım?

...Ona görə ki, futbolumuzda növbəti biabırçılıq baş verib. Belə ki, AFFA U-15 liqasında keçirilməli olan EFA – “Qəbələ” matçı keçirilməyib. Niyə? Allah uzaq eləsin, stadiona göydən meteor düşüb? Yox, səbəb daha faciəvidi! Sən demə, oyuna hakim təyin edilməyib. Ha-ha-ha... Təbii ki, gülməlidi, gəlin, hamımız gülək. Özü yıxılan ağlamaz axı... Yəqin bir də heç kim bu sualın cavabını düşünməz: uşaq futbolu niyə inkişaf etmir?
“Qəbələ” Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə bədbəxtliyə biganə qalmayıb:

“U-15 liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdı. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16.30-a kimi gözləyib, sonra qayıdıb. Bu, hələ U-15 liqasıdı. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdi”.


Bəs, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli məsələ haqda nə deyir? Qurum rəsmisinin “Football-plus.az”a açıqlaması:

“Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.


Belədə “Dəli yığıncağı”nda bəhs edilən başqa məsələni xatırlamamaq mümkün deyil. Deməli, həmin əsərdə xəstələri xalqın dilini bilməyən, xarici məmləkətdən gəlmiş həkimlər müalicə edir...
Hə, belə-belə işlər, cənab Frank de Bleker...
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri