Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Amazon kütləvi ixtisarlara hazırlaşır

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

Qəbələ yə gələndə dəli olmuşdum, futbolçular lavaş yeyirdilər Sxadadze

Qəbələ yə gələndə dəli olmuşdum, futbolçular lavaş yeyirdilər Sxadadze

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Qəbələ" futbol klubunun baş məşqçisi Kaxaber Sxadadzenin müsahibəsi 

- Mövsüm başa çatmaq üzdədir. "Qəbələ" çempionluğu vaxtından əvvəl təmin etdi, Premyer Liqaya yüksəldi. Çempionatı komandamız üçün necə xarakterizə edərdiniz?

- Çempionat bizim üçün sabit keçdi. Əla oynadıq. Biz yaxşı hazırlaşmışdıq. "Qəbələ" klub olaraq, böyük bir işin öhdəsindən gəldi. Hazırlıq prsoesinin başlanğıcına qədər heyətin 95 faizini qurmuşduq. Seleksiyanı yaxşı aparmışdıq. Bu çox vacib məqamdır. Çünki hazırlıq mövsümünün başlanğıcında komandada hamı bir yerdə çalışırsa, onda asan olur. Özü də biz heyəti 90 faiz dəyişmişdik. Yəni, ötən mövsümdən 1-2 gənc futbolçu qalmışdı. Şübhəsiz ki, bu il maliyyə şərtləri tam fərqli idi. Legionerlərdən heç kim I Liqada oynamaq istəmədiyinə görə əlavə çətinlik yaranmışdı. Amma biz gənc futbolçular tapdıq. Bizə qədər onları kimsə tanımırdı. Məsələn, 22 yaşlı nigeriyalı Abdullahi Şuaybu. O, "Qəbələ"yə keçənə qədər 2 il futbol oynamırdı. Bir sözlə, biz komandanı sıfırdan yığdıq və çempion olduq. Əlbəttə, bu, klubdakı hər kəsin əməyi sayəsində baş verdi. "Qəbələ" çempionatda fiziki göstəricilərdə bütün komandaları qabaqladı. Rəqiblərimizdən heç biri 60 dəqiqədən çox qarşımızda duruş gətirə bilmirdi. Diqqəti yerli futbolçulara və "Qəbələ" akademiyasının yetirmələrinə yönəltdik. 

- Çempionatın gedşində hansı çətinliklərlə üzləşdiniz?

- Yeganə problem meydançaların keyfiyyətsizliyidir. Bizim futbolçulara öyrətdiyimiz futbol ötürmələrlə oynanılır. Bəs ötürmələrlə hansı meydançada oynamaq mümkündür? Yaxşı meydançada. Pis meydançada yalnız topu irəli vura blərsən, ünvansız. Necə ki, I Liqada 80 faiz komanda belə edir. Biz isə bunu bacarmırıq. "Qəbələ" kombinasiyalı, kiçik və orta ötürmələrdən ibarət futbol oynayır.

- Heyətdə çoxlu gənc futbolçu olduğunu dediniz. Premyer Liqa tam fərqli səviyyəyə malikdir. Sizin növbəti mövsüm üçün transfer siyasətiniz necə olacaq?

- Mən sizə açıq deyəcəyəm: bu il Premyer Liqanın səviyyəsi çox yüksəlib. Əgər ötən ilki mövsümlə indikini müqayisə etsək, fərq böyükdür. Biz buna hazırlaşmalıyıq. Bu heyətdən bir çox futbolçu qalacaq. Yəni, "onurğa sütunu"nu qoruyacağıq. Güclənmə isə mütləq olmalıdır. Əks təqdirdə, Premyer Liqada böyük problemlər yaşaya bilərik. Çünki Premyer Liqada topu hara gəldi vurmurlar, boş-boşuna vaxtı uzatmırlar, əksinə keyfiyyətli futbol oynayırlar. Növbəti mövsüm legioner limiti olmadığına görə səviyyə bir qədər də yüksələcək. Azərbaycana çoxlu əcnəbi futbolçu gələcək. Demirəm ki, azərbaycanlı futbolçuların səviyyəsi aşağıdır. Sadəcə, rəqabət güclənəcək.

- Siz gücləndirməni legionerlərin hesabına edəcəksiniz?

- Yox. İlk növbədə yerli futbolçu bazarına baxacağıq. İndi komandamızda yerli oyunçulardan ibarət təməl var. Həmin təməli bir qədər də möhkəmləndirmək istəyirik. Və hər şey müəyyən maddi imkanlar daxilində həyata keçiriləcək. Etiraf edirəm ki, "Qəbələ"nin indiki maiyyə durumu 5-6 il əvvəlkindən kəskin fərqlənir. O vaxtkı imkanları unudun. Biz rəhbərliyin ayırdığı büdcəyə uyğun transferlər etməliyik. Buna görə də seleksiya baxımından çox işləməliyik. Futbolçuları izləməli, düzgün seçim etməliyik.

- Bilirik ki, siz iddialı, həmişə medallara oynayan məşqçisiniz. Birinci dəfə Azərbaycanda işləyəndə "İnter"lə bunu göstərmisiniz. Demək olarmı ki, Kaxaber Sxadadzenin ikinci dövrü başlanır? Onun rəhbərliyi altında Premyer Liqada yenə medallar uğrunda mübarizə aparan komanda görəcəyik?

- "Qəbələ" növbəti mövsüm Premyer Liqada yerini möhkəmləndirməyə çalışacaq. Biz uzunmüddətli layihə həyata keçirmək istəyirik. "Qəbələ"nin prezidenti Fariz Nəcəfovla da bunu razılaşdırmışıq. Premyer Liqada addım-addım irəliləyəcəyik. Ən əsası odur ki biz sözümüzün üstündə durduq, I Liqada çempionluq yaşadıq. Buna görə inanılmaz dərəcədə şadam. Birinci vəzifəni yerinə yetirdik. İndi növbədə Premyer Liqada möhkəmlənmək vəzifəsi durur. Və eyni zamanda gənc futbolçularımızla işləmək istəyirik. Bizimlə 17 yaşlı 3-4 futbolçu məşq edir. Amma istənilən halda, Premyer Liqa ilə bağlı qarşıya qoyulan məqsəd budur. Bilmirəm, bəlkə rəhbərlik sabah məni çağırıb tapşırığın dəyişəcəyini söyləyəcək. Artıq bu, başqa məsələdir. Hər şey rəhbərliyin qərarından asılı olacaq.

- 10 ildir “Qəbələ"də oynayan, bu il 39 yaşını tamamlayacaq Asiif Məmmədovla bağlı planlarınız nədən ibarətdir? 

- Asiflə bağlı məsələni həll edəcəyik. O, "Qəbələ"yə, Azərbaycan futboluna çox böyük xidmət göstərib. Təbii ki, Asifi buraxmaq niyyətində deyilik. İstəyirik ki, o, yanımızda olsun. Hansı köməkliyi bizə göstərəcək? Bunu artıq öz aramızda danışacağıq.

- Komanda üzvlərinin növbəti mövsüm Qəbələdə yaşaması barədə qərar vermisiniz. Bu nə ilə bağlıdır?

- Belə infrastruktura malik olan klubun Bakıda yaşaması düzgün deyil. "Qəbələ" haranın komandasıdır? Qəbələnin. Deməli burada da yaşamalıdır. Azarkeşlərə necə deyə bilərik ki, "siz gəlin bizə dəstək verin, amma biz Qəbələdə olmayacağıq". Əgər bizim infrastrukturumuz olmasaydı, belə qərar verməzdim. Siz bilirsiniz Bakıda nə baş verir?

- Bilirəm ki, futbol infrastukturu baxımından vəziyyət ürəkaçan deyil.

- "Araz-Naxçıvan" məcburiyət qarşısında qaldığından bir neçə məşqi trenajor zalında keçib.

- İndi "İmişli"nin də Bakıya köçəcəyi barədə xəbərlər yayılıb...

- Çünki "İmişli"nin o cür ot örtüyündə oynamağa haqq yoxdur. Nə "Qarabağ", nə "Neftçi", nə də "Sabah" İmişliyə gedib bizim bir həftə əvvəl çıxış etdiyimiz stadionda oynayacaq. Belə meydançada oynamaq olmaz! Bu, futbolçuların ələ salınması deməkdir. Futbolu necə inkişaf etdirirlər? Sürətli düşüncələr, sürətli ötürmələrlə. Hansı inkişafdan, sürətdən danışa bilərik, əgər futbolçu meydançada topu güc-bəla ilə saxlayır? Baxın, indi "İmişli" də, "Karvan" da Bakıya köçəcək. Deyin görüm, Bakının harasında məşq üçün bu qədər meydança var? Mən "Qəbələ" futbolçularının Bakıda yaşamasının əleyhinəyəm. Təklifimi vermişəm. Qərarı "Qəbələ" rəhbərliyi qəbul edir.

- "Qəbələ" əvvəllər Bakıda əsasən legionerlərə görə yaşayıb. Onlar üçün Qəbələdə yaşamaq darıxdırıcı idi...

- Legioner kluba diktə edə bilməz. Əgər əcnəbi futbolçu müqavilə bağlamağa razılaşırsa, komanda ilə bağlı digər qərarlara qarışmağa hüququ yoxdur. Qəbələdə bizim komanda üçün əla təbiət, əla meydançalar, yaxşı otel var. Burada hər bir şərait var. Biz futbolçuların qida rejimini, çəkisini nəzarətdə saxlayırıq. Bir il əvvəl mən "Qəbələ"yə gələndə az qala dəli olmuşdum. Səhər yeməyinə getdim. Futbolçuların qarşısında lavaş var idi. Baxın, bu boyda... (iki əli ilə böyük dairə göstərir - red.) Hər futbolçunun 3-3,5 kq artıq çəkisi var idi. Futbolçuları nəzarətdə saxlamaq lazımdır. Qəbələdə onlara nəzarət etmək üçün hər şərait mövcuddur. Əgər futbolçu gəzmək istəyirsə, qoy gedib evində gəzsin, heç futbol oynamasın. Klublar futbolçulara işlərinə görə yaxşı məbləğ ödəyirlər. Başa düşürsünüzmü, zavodla işləyən fəhlə səhər saat 9-dan axşamçağı saat 6-ya qədər işləyərək qəpik-quruş qazanır. Futbolçu isə yaxşı qazanır. Ona görə də əməkhaqqısının əvəzini işi ilə verməlidir. Bu, mənim şəxsi fikrimdir. "Qəbələ" futbolçularının Qəbələdə yaşayıb-yaşamayacağına isə rəhbərlik qərar verəcək.

Mənbə: offsideplus.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see257

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see186

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see179

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see143

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see133

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see132

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see129

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see126

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see121

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

28 Oktyabr 2025 16:50see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri