Icma.az
close
up
RU
“Qəbələ”nin yeni transferi: “Süni örtükdə oynamağı xoşlamıram” MÜSAHİBƏ + FOTO

“Qəbələ”nin yeni transferi: “Süni örtükdə oynamağı xoşlamıram” MÜSAHİBƏ + FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qəbələ”nin yeni transferi İsmaheel Akinade futbolçu karyerasının ilk illərində İrlandiyanın “Brey Uonderers”, “Bohemians” və “Vaterford” klublarında forma geyinib. 32 yaşlı hücumçu Azərbaycan komandasına Özbəkistan çempionatında çıxış edən “Andijon”dan gəlib.

İ.Akinade “qırmızı-qaralar”ın heyətində səfərdə “Şamaxı”ya 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 17-ci tur matçında debüt edib. Start heyətində yer alan təcrübəli forvard sonadək meydançada olub və 81-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.

İsmaheel Akinade sportnet.az-a müsahibəsini təqdim edirik.

- Oyunu necə dəyərləndirirsiniz?

- Məşqlərdə öyrəndiyimiz hər şeyi bu oyunda tətbiq etdik. Yaxşı performans göstərərək, layiqli qələbə qazandıq.

- İlk oyununuzda ilk qolunuzu vurdunuz. Növbəti hədəfiniz nədən ibarətdir?

- Hər oyunda qol vurmaq istəyirəm. Əlimə şanslar düşsə, bunları dəyərləndirməyə çalışacağam. Yaxşı komandamız var, yaxşı epizodlar yaradır, yaxşı işləyirik. Bu cür davam etsək, mən də növbəti qollarımı sıralaya biləcəyəm.

- Qəbələdə təbii örtükdə məşq edirsiniz. Şamaxıda isə süni örtükdə oynadınız. Fərqi hiss etdiniz?

- Əvvəllər İrlandiyada süni örtükdə oynamışam. Buna öyrəncəliyəm. Düzdür, süni örtükdə çıxış etməyi xoşlamıram, Amma şərtlər belədirsə, oynamalıyıq. Hər iki komanda eyni şərtlər altında çıxış etdi. Ona görə də mənim üçün hər şey qaydasındadır.

- Özbəkistan çempionatında da çıxış etmisiniz. Orada da süni meydançalar var idi?

- Xeyr, yoxdur.

- Azərbaycan və Özbəkistan çempionatlarını müqayisə edə bilərsiniz?

- Bunu demək üçün hələ erkəndir. Hələ burada bir neçə oyun keçirməliyəm. Ondan sonra aradakı fərqlərin nədən ibarət olduğuna dair fikirlərim formalaşacaq.

- Yəqin ki, Azərbaycanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışlarından xəbərdarsınız. Özbəkistanda da belə səviyyədə komandalar varmı?

- Özbəkistanda da “Neftçi Fərqanə”, “Nasaf” kimi top-klublar var. Amma onların “Qarabağ” və “Sabah” kimi qitəmiqyaslı yarışlarda nəticə göstərmək şansları yoxdur. Ona görə də hər iki ölkənin klublarını müqayisə etmək düzgün olmaz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri