Icma.az
close
up
RU
Qəbilə üzvlərinə kola hədiyyə etmək istəyən turist həbs edildi FOTO

Qəbilə üzvlərinə kola hədiyyə etmək istəyən turist həbs edildi FOTO

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ vətəndaşı Mixaylo Viktoroviç Polyakov Hindistanın Andaman adalarının Şimali Sentinel adasında yaşayan qəbiləyə hədiyyə vermək istəyinə görə həbs edilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Polyakov əraziyə martın 26-da gəlib, adaya martın 29-da çatıb.

24 yaşlı turist bazar ertəsi günü Hindistan polisi tərəfindən saxlanılıb və həbs edilib.

Hazırladığı qayıqla 40 km məsafə qət edən Mixaylo səfər qadağan olunmuş adaya gedib.

İstintaq materiallarına görə, şübhəli adada təxminən 5 dəqiqə qalıb və bu müddət ərzində qəbilə üçün "hədiyyə" olaraq bir banka kola və bir kokos qoyub. O, həmçinin ərazidən nümunələr toplayıb və “GoPro” kamerası ilə görüntülər çəkib.

Polyakovun adadan qayıtması zamanı yerli balıqçılar vəziyyəti görüb polisə məlumat veriblər. Həbs edilən turistin qayığı, motosikleti və kamerası müsadirə edilib.

"Bu şəxsin hərəkətləri son dərəcə təhlükəlidir. Sentinel tayfasının müasir dünyanın xəstəliklərinə qarşı immuniteti yoxdur. Qrip və ya qızılca kimi bizim üçün sadə xəstəliklər bütün qəbilənin kökünü kəsə bilər", - deyə yerli əhalinin hüquqlarını müdafiə edən “Survival İnternational” təşkilatının direktoru Karolin Pirs deyib.

Polis şübhəlinin daha əvvəl iki dəfə əraziyə gəlməyə cəhd etdiyini və yanvar ayında başqa bir yerli qəbilənin qadağan olunmuş görüntülərini çəkdiyini bildirib.

Cəmi 150 nəfər olduğu təxmin edilən və xarici dünya ilə əlaqə saxlamaqdan imtina edən Sentinel qəbiləsini qorumaq üçün Hindistan hökuməti Şimali Sentinel adasını tamamilə qadağan olunmuş ərazi elan edib. 2018-ci ildə adaya enən amerikalı missioner Con Çau qəbilə üzvləri tərəfindən öldürülüb.

Hadisə ilə bağlı ABŞ səfirliyi və Hindistanın Xarici İşlər Nazirliyi məlumatlandırılıb. Polyakovun dindirilməsi davam edir.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Aprel 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri