Icma.az
close
up
RU
Qəbir üstünə səməni, şirniyyat qoymaq: “Məzarlıqlar nə restoran, nə də kafedir“ İlahiyyatçıdan sərt açıqlama

Qəbir üstünə səməni, şirniyyat qoymaq: “Məzarlıqlar nə restoran, nə də kafedir“ İlahiyyatçıdan sərt açıqlama

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hər il Novruz bayramı ərəfəsində insanlar dünyasını dəyişmiş yaxınlarını ziyarət edir, məzarların üstünə səməni, şirniyyat və müxtəlif yeməklər qoyurlar. Əslində bu ənənənin kökləri keçmişdən gəlir və bir çox insan bunu hörmət və ehtiram əlaməti kimi qəbul edir. Lakin zamanla bu vərdişin nə dərəcədə dini əsaslara söykəndiyi suallar doğurur. Üstəlik, məzarların üstünə qoyulan qida məhsulları quşlar və digər heyvanlar tərəfindən dağıdılaraq qəbiristanlıqlarda natəmizlik yaradır. Bəs bu vərdişin dini baxımdan izahı nədir? 

Mövzuyla bağlı Moderator.az-a danışan ilahiyyatçı Tural İrfan deyir ki, dinimizə görə qəbirləri ziyarət etmək tövsiyə edilən bir əməldir:

 “Həzrət Muhəmməd Peyğəmbər buyurur ki, qəbirləri ziyarət edin, bu sizə axirəti xatırladır. Ona görə imkan olduğu zaman məzarlıqları ziyarət edib ölülərin o dünyada bağışlanması üçün dua etmək tövsiyə olunur. Lakin məzarlıqda dinə xas olmayan ayinlər icra etmək, qəbir üstünə ərzaq, xörək, meyvə - tərəvəz, şirniyyat aparıb qoymaq düzgün deyil. Bu, bizim dinimizdə yoxdur. Bu cür ayinlər qədim fars dinlərindən keçib, hətta yezidilikdə indi  də belə ayinlər  var. Qədim farslar hətta ölülərini aparıb uca bir dağın başına qoyarmışlar ki, quşlar yesin. Çünki inanırdılar ki, torpaq müqəddəs olduğu üçün cəsədi dəfn etməklə onu murdarlamaq olmaz. Ona görə ölüləri  vəhşi quşlara yem edirdilər.  Sonralar  bu, yandırmaqla əvəz olundu. Belə ki, ölüləri yandırıb külü havaya sovururdular. Yəni, qəbir üstünə yemək qoymaq ənənəsi də eyni inanclardan qaynaqlanır. Bəzi insanlar düşünür ki, bunu yolçular və ehtiyacı olanlar oradan keçəndə götürüb yesin və qarşılığında dua etsinlər deyə edirlər. Lakin indiki dövrdə bu nə qədər realdır? Qəbir üstünə qoyulan yeməkləri kim götürüb yeyir? Belə hallar çox nadir rast gəlinə bilər. Məzarlıqlar nə restoran, nə də kafedir. Bir cahil zümrə var ki, həmişə dini xarab etmək istəyir. Gah məzarlıqları səcdəgaha, məscidə çevirirlər, gah nəzir adı ilə pul yığıb biznes mərkəzinə çevirirlər, gah bütxanaya döndərirlər, gah da xurafi əməllərə alət edirlər. Bu kimi bidətlər, xurafatlar, cahiliyyə əməlləri əcnəbi inancların, yad təsirlərin məhsuludur”.

İlahiyyatçı vurğulayıb ki, məzarı ziyarət edib sadəcə ölü üçün dua etmək lazımdır:

“Ənənəvi olaraq bəzən məzara su səpilir, amma bu da əsasən yeni dəfn olunan zaman edilir. İnsanları xurafatdan uzaqlaşdırmaq üçün din xadimləri və ilahiyyatçılar sosial şəbəkələrdə, internet kanallarında məzhəb mübahisələrinə və əsassız inanclara yer vermək əvəzinə, dini elmin, mənəvi dəyərlərin və irfani həqiqətlərin izahına diqqət yetirməlidirlər. Təəssüf ki, bəzi din xadimləri və ilahiyyatçılar, kütləni maarifləndirmək əvəzinə, cahil inancları təsdiqləyərək populyarlıq qazanmağa, ətraflarına tərəfdar toplamağa və maddi qazanc əldə etməyə çalışırlar. Halbuki, bu cür yanaşma ilə dinin həqiqi mahiyyətini təbliğ etmək mümkün deyil”.

T.İrfan  Qara bayramın anlayışının  da mövhumat olduğunu diqqətə çatdırıb:

“Bayramın da qarası, ağı var? İslam dinində iki bayram var: Qurban və Ramazan. Bir də milli bayramlarımız var. Bunların içində qara bayram yoxdur. Bəziləri dini yalnız qara rəngdə görür. Matəm, yas, ağlaşma kimi təqdim edir, yalnız qəbir üstündə Allahı yada salır. İslam dini axirətə imana səsləyən və insanın əbədi yaşam inamına çağıran dindir. İslama görə insan ölüb yox olmur ki, ona yas tutulsun. Axirətə imanı olmayanlar üçün ölən adam yox olur. Ona görə də qara bayramlar, qara mərmərdən baş daşları düzəldib qara paltar geyinirlər. Bu, Sasani dövrünün fars ənənəsidir ki, sonra ermənilərə keçib. Sovet dövründə də bizə keçib. İslam dini qara geyinməyə məkruh baxır. Yəni, xoşagəlməz əməl kimi qəbul edir. Qəbir daşlarını qara etmək də yezidilərdən və ermənilərdən keçib. Heç bir müsəlman ölkəsində kütləvi şəkildə qara daş qoymurlar. Bədbinlik və ümidsizlik rəngidir. Cəhənnəm zülmətinin timsalıdır. Satanizmdə qara rəng müqəddəs sayılır, çünki inanılır ki, şeytan qara rəngi sevir. Qara bayram kimi inanclar tam cəfəng və xurafat əməllərdir. Bəzi din xadimləri də bunun əksinə ona görə təbliğat aparmır, daha da şərait yaradırlar ki, həmin günlər mollaların "sezonu"dur. Yəni, qəbristanlığa kütləvi axın olur və mollalar Yasin alveri edirlər. Bundan pul alıb bu qəbrin üstündə bir Yasin oxuyub, tez o birinə keçirlər. Məzarlıq həmin günlərdə bazarı xatırladır. Pul alıb dua, Yasin, surələr satılır. Belə bir biznesi əlbəttə dini alverə çevirənlər daha da təbliğ edirlər. Hazırda dini əslində din xadimləri xarab edir. Çünki hərəsi bir cürə, fərqli formada, hərəsi öz maddi marağına uyğun danışır və təbliğat aparır. Ona görə də belə xurafatlar, mövhumat və cəhalət əlamətləri ləğv olmaq əvəzinə daha da "inkişaf" edir. Təbliğat düzgün qurulmalı, elmə üstünlük verən din xadimləri, ilahiyyatçılar, dinşünaslar doğru təbliğat aparmalıdırlar”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Mart 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri