Icma.az
close
up
RU
Qəbr daşları necə olmalıdır? REPORTAJ

Qəbr daşları necə olmalıdır? REPORTAJ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

İslam dininin ənənəərinə görə qəbr daşları sadə olmalıdır. Hətta bu qayda şəriət qanunlarında da öz əksini tapıb. Bir çox müsəlman ölkələrində misal olaraq Türkiyədə, Ərəbistanda və s başqa yerlərdə insanların qəbr daşları sadədir və gözə çarpa deyil. Lakin ölkəmizdə xüsusilə də son illərdə dəbdəbəli qəbr daşlarının sayı getdikcə çoxalıb. Hətta insanlar öz yaxınlarını yad etmək məqsədi ilə qəbr daşlarını heykəllərlə də əvəz edirlər. Bəs gəlin görək İslam dinində qəbr daşlarının bu cür bəzədilməsi məqbul sayılımır. Qəbirüstü daşlar necə olmalıdır? Azərbaycanda necədir? Bununla bağlı hər hansı qanuna və ya inzibati qaydada tənzimləməyə ehtiyac varmı? Mövzu ilə əlaqədar olaraq SİA araşdırma edib.

Milli Məclisin deputatı Cavnşir Paşazadə vurğulayıb ki, o bu məsələ ilə bağlı dindar kimi cavab verə bilməz: "Dini tərəfi təbii ki, dindarlar müəyyənləşdirir. Qaldı ki, ikinci tərəfi dövlət qanunları yəni dini komitənin məclisdə qəbul edilən qanunlar ilə Azərbaycanda baş daşları tənzimlənmir. Töhfsiyələr verilir ki, Azərbaycanda bu formada olsun. Qəbirstanlıqlarda bilirsiniz ki, bu gün bələdiyənin o qəbirstanlıq daşlarının qoyulması bəzi imkanları olmayan insanların dövlət tərəfindən, bələdiyyə tərəfindən dəfn olunması və onların tədbirlərin görülməsi bələdiyinindi. Halbuki Azərbaycanda sırf qanunun qəbul olunması qəbirstanlıqda daşlar bu formada olacaq deməli hündürlük nə qədər enlik nə qədər belə bir qanun yoxdur. Əlbəttdə bu qanunlar milli məclisdə belə bir töhfsiyədə gətirmir ki, belə bir qanun qəbul olunsun. Və milli məclis tərəfindən də olmur çünki Azərbaycan yox müsəlman ölkələrin əksəriyyətində bu yoxdur. Təbii ki, bəzi müsəlman ölkələrdə və digər ölkələrdə məzar daşlarının qoyulması və digərləri biz dəqiq deyə bilmərikki adət ənənə. Azərbaycanda mən sizə deyə bilərəm ki, bu məsələlər taç töhfsiyə xarakteri daşıyır. Buna görədə Azərbaycan da sülh tam şəkildə buna görə qəbul olunmuyub.

Ailə problemlərinin həlli təlim mərkəzinin rəhbəri Hacı Rahim İsmayılovun fikirlərinə görə, islam şəriəti baxımından qəbr daşları ilə bağlı hər hansısa bir qadağa yoxdur: "Amma dəbdəbəli, israfçılığa qarşı hər bir mövzuda nəinki qəbr daşlarında bütün mənalarda israfçılıq edərkən Qurani Kərimdə bir ayə var ki, yeyin, için israf etməyin. Bəzi insanlar bunu başqa cür başa düşür. Amma bura məsələ yemək-içməkdən getmir. Burada maddi-mənəvi z, dünyavi və məcazi bir çox mənalar var. İsraf etməyin deyərkən evdən, maşından, mülkdən, qəbr daşlarından, yas məclislərindən söhbət gedir. Yəni gəzin, dolanın amma israf etməyin. Bu o demək deeyil ki, qəbr daşlaır qadağandır. Xeyr, qadağan deyil. Amma dəbdəbə böyük məsrəflərə gətirib çıxardır. Bir övladın borcudur ki, atası dünyasını dəyişdi ona məclis qurulsun. Ehsanda vermək olar amma çox israfçılıq etməmək şərti ilə övladın borcudur ki, anasını haqq dünyaya yola salsın, gözəl məclis qursun.O cümlədəndə övlad ana-atasının qəbrini öz gözəliyində qurmasıda bri borcdur. Qəbr daşınıda düzəlmək olar amma çox dəbdəbəyuə qaçmaq lazım deyil. İslamda qəbrdaşı qoymaq günah sayılmır. Lakin hər şeyi öz məcrasında gözəl olur. Artıq dəbdəbə yaratmaq gərəksiz hesab olunur. Biz mütəfəkirlərimiz olan Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Füzuli və s digər klassiklərimizi eyni zamanda da şəhidlərimizin məzarları bizim üçün həm maddi- həm də, mənəvi dəbdəbə hsab olunur. Çünki onların məzarları olmasa biz gələcək nəsilimiz olan yetiyetmələrimizə, gənclərimizə onların necə qəhrəman bir oğul olduqlarını tam çatdıra bilmərik. Danışıq bir həddə qədər bəs edir. Ancaq peyğəmbərlərimizin, şəhidlərimizin məzarları qaldığı zaman biz istədiyimizi tam şəkildə ötürə biləcəyik. Bu şəxslərin məzarlarının isə dəbdəbəli olması heçdə çox deyil. Çünki bütün bəşəriyyət peyğəmbərə xatir ayranıb. Şəhidlər qanlarını töküblıər ki, biz yaşayaq. Mümkün deyil ki, biz onları unudaq. Təbii ki, biz onları sözlə yaşada bilərik amma bir yerə qədər. Biz onları yaşatmaq üçün müasir dildə deəsk göstərişlə qəbir daşlarını düzəldə bilərik. Ancaq bizim anamızda, atamızda bizim mənəvi şəhidimizdir. Bəzilərinin isə cavan oğlu, qızı dünyasını dəyişir. Oda həmin insular üçün çox dəyərlidir, onu silib atmaq qeyri-mümkündür. Hətta Quranda peyğəmbərimiz buyurur ki, ata-ananızı, yaxınlarınızıgedib görün , əgər rəhmətə gediblərsə onları ziyarət edin. İslamda müəyyən yanaşmalar bir-biri ilə vəhdət xarakteri daşıyır. İslam deyri ki, bəli qəbr evinin üzərinə şəkil vurmaq bəyənilmir. Xüsusilə də qadınların şəklinin vurulması xoş qarşılanmır. Təbii ki, istisnalar var. Peyğəmbərlərimizində şəkilləri yoxdur. Deyilə bilər ki, o zamanlar fotoaparaq və ya bunun kimi şeylər olmayıb. Amma bütün dünya-aləmi yaradan Allaha əgər istəsə idi o zamanda da peyğəmbərlərimizin şəklinin çəkilməsi üçün bir vasitə yarada bilərdi. Demək ki, bu cür məqbul olub. Təbii ki, qəbri heykəldəndə qoysan çox dəbdəbəlidə etsən, ehsanını israf dərəcəsində çox etsən də bunların heç biri ölçüyə çatmır. Bundasa öz yaxının ruhu xatirinə yaxşılıq etsin, köməklik göstərsin. Həmçinin dualar etsin, Quran oxutdursun. Bu gün təhsil ala bilməyən gənclərimiz var hansı ki, qəbr üstünə böyük israfçılıq etmək əvəzinə onlara əl tuta bilərlər".

Sonda isə hazır ki, gündə qəbr daşlarının qiyməti ilə bağlı məlumat almaq üçün Məzar daşları satılan yerə yaxınlaşdıq. Satıcı Fərid Məmmədovun sözlərinə görə, ağ mərmərin qiyməti 500-1500 manat atarsı, qara mərmərin qiyməti isə 1500-3000 manat arası dəyişir. İnsanlar əsasən son illərdə ağ mərmərdən olan qəbr daşlarına üstünlük verirlər. Buna səbəb isə yüksək ehtimalla qara mərmərin qiymətinin yüksək olmasıdır. Qara məörməri Ukraynadan gəlir. Məlum səbəblərə görə və Ukraniyadakı vəziyyət qara mərmərin ölkəmizə daha çox gəlməsinin qarşısını alır. Bir qəbr daşının ərsəyə gəlməsi üçün minimum 1200 manat lazımdır.

Şəhər sakini Samirə Bağırova: “Bir-birilərinin bəhsinə girib ölüyə az qala heykəl qoyurlar. Bu düzgün deyil. Hər şeyi sadə olmalıdır. Onsuz sən ona nə qədər böyük qəbr daşıda qoydursan onun ölüyə heç bir xeyr yoxdur. Onun əvəzinə yassin oxudurub, göyərçinlərə düyü tökməlidir. Bu qədər. Boş dünyadır. Böyük bir şey gərəksizdir”.

Şəhər sakini Samir Qafarlı: “Artıq bir şeydir. Qəbr daşları sadə olmalıdır. İnsana salığında dəyər vermək lazımdır. Bu imkana baxır. Kimin imkanı çoxdur qəbr daşını böyük qoyur. Amma çox fərqlənməlidir”.

Şəhər sakini Ceyhun Qurbanov: “Təbii ki, qəbr daşı sadə olsa daha yaxşı olar. Bırbəzəkli qəbr daşının nə mənası var. Əsas odur ki, ölməyəsən. Öləndən sonra nə edirsənsə et artıq ölmüsən. Ona görə qəbr daşının dəbdəbəli olması tamamilə mənasızdır”.

Şəhər sakini SevincFazilova: “Bu hamının cibinə uyğun olan bir şeydir. Kim necə istəyir onu da edir. Amma sağ olanda insan valdeyinin qiymətini verməlidir”.

Şəhər sakini Qərənfil Rüstəmova: “Təbii ki, qəbr daşı qoyulmalıdır. Çünki insan öz yaxınını gedib ziyarət etməlidir. Keçmiş zamanlarda isə qəbrləri tanınmaz hala salıb, onu itiriblər. Mən isə belə düşünmürəm. Dəbdəbəli qəbr daşları isə ümumiyyətlə olmamlıdır. Mən belə şeylərə heç yaxşı baxmıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri